Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsinin əməkdaşları Misirdə vilayət qubernatoru ilə görüşüblər

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları Misir Ərəb Respublikasına səfər çərçivəsində Qalubiyyə vilayətinin qubernatoru general Əbdülhəmid əl-Həccənlə görüşü keçirilib.

Komitədən verilən məlumata görə, görüşdən öncə qonaqlar qubernatorun iştirakı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Misir-Azərbaycan Dostluq Parkında ucaldılmış abidəsini ziyarət ediblər. Abidənin önünə əklil qoyulub və görkəmli dövlət xadiminin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Misir-Azərbaycan Dostluq Parkının inzibati binasında baş tutan görüşdə ölkəmizin Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev, DİDK-nin Aparat rəhbəri Daşqın Rəcəbli və əməkdaşları, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiyası Şurasının Misir üzrə əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov, vilayət ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycan səfiri və qubernator iki xalq arasında möhkəm dostluq əlaqələrindən söz açaraq, Misir-Azərbaycan Dostluq Parkının bu münasibətin rəmzi olduğunu bildiriblər. Azərbaycan tərəfinin Misirlə əməkdaşlıq əlaqələrinə çox böyük önəm verdiyi vurğulanıb. Səfirin Azərbaycana səfər dəvətini məmnuniyyətlə qəbul edən qubernator ölkələrimiz və xalqlarımız arasında münasibətlərin və əlaqələrin daha da inkişaf etməsi naminə töhfələr verməyə hər zaman hazır olduğunu söyləyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamını qubernatora çatdıran Aparat rəhbəri xalq diplomatiyası, xalqlarımızın dostluq və qardaşlıq münasibətləri, Azərbaycan diasporunun iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfələr verməsi barədə danışıb, DİDK adından “Zəfər Salnaməsi” kitabını qubernatora təqdim edərək bildirib ki, nəşrdə Azərbaycanın II Qarabağ müharibəsindəki şanlı qələbəsi barədə tarixi məqamlar əks olunub.

Sonra qonaqlar inzibati binada təşkil olunmuş Azərbaycan guşəsi ilə tanış olublar. Guşədə ölkəmizin ərazi bütövlüyünü əks etdirən Azərbaycan xəritəsi, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotostend nümayiş etdirilib.

Qubernatorla görüş, Misir-Azərbaycan Dostluq Parkında xalqımızın ümummilli Lideri Heydər Əliyevin abidəsinin ziyarət olunması Misir mətbuatında geniş işıqlandırılıb.

10:54
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları Misirdə səfərdədir.

PİA.az xəbər verir ki, səfər çərçivəsində DİDK əməkdaşlarının ölkəmizin Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayevlə görüşü keçirilib.

Səfirliyin diasporumuzun Misirdəki fəaliyyətini hər zaman dəstəklədiyini nəzərə çatdıran diplomat ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərindən danışıb, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini, yerli cəmiyyətə sıx inteqrasiya etməsini, Misirin dövlət orqanları, elmi, mədəni və media çevrələri ilə əməkdaşlıq əlaqələri qurmasını müsbət qiymətləndirib. Bu sahədə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətini xüsusi vurğulayan səfir qeyd edib ki, soydaşlarımız Azərbaycanın tarixi həqiqətlərini, zəngin mədəniyyətini, adət-ənənələrini, turizm potensialını və milli mətbəximizi Misirdə layiqincə təbliğ edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını səfirə çatdıran komitənin Aparat rəhbəri Daşqın Rəcəbli diaspor quruculuğu sahəsində aparılan işlər, həyata keçirilən layihələr barədə müfəssəl məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişləri əsasında diaspor quruculuğunun yeni inkişaf mərhələsinə qədəm qoymasından, əhatə dairəsinin genişlənməsindən, soydaşlarımızın daha mütəşəkkil şəkildə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmalarından danışıb. Bildirib ki, Vətən müharibəsində qazandığımız parlaq qələbə soydaşlarımızın koordinasiyalı fəaliyyətinə müsbət təsir göstərib. Hazırda diaspor təşkilatları və Azərbaycan icmaları tarixi Vətənlərinə daha çox töhfə vermək istəyi ilə çalışırlar. Eyni zamanda DİDK ilə səfirliyin birgə əməkdaşlıq əlaqələri müsbət qiymətləndirilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay