Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsi: Məcburi köçkünlərin 95 faizi doğma yurdlarına qayıtmaq niyyətindədir

Məcburi köçkünlərin 95 faizi öz doğma yurdlarına qayıtmaq niyyətindədir...

"Report" xəbər verir ki, bu, "Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi çərçivəsində həyata keçirilən sorğu nəticəsində məlum olub.

Layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Diplomatiya Akademiyası İnkişaf və Diplomatiya İnstitutu və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu tərəfindən reallaşdırılıb.

Layihənin təqdimat mərasimində koordinator Rəsmiyyə Abdullayeva bildirib ki, sorğu zamanı məcburi köçkünlərin qayıdışla bağlı arzu və təklifləri öyrənilib, onların doğma yurda dönüş barədə qərarlarına təsir edən amillər müəyyənləşdirilib, ilkin proqnozlar hazırlanıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma və iqtisadi dirçəliş üçün bütün zəruri şəraitin yaradılmasını nəzərdə tutur. Hazırda Dövlət Proqramının Tədbirlər Planı üzrə intensiv iş aparılır, qayıdış prosesi uğurla davam etdirilir.

Layihə çərçivəsində “fokus-qrup” sorğular tədqiqatın əsas metodu kimi seçilib. Sorğulara Şuşa, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Xocavənd, XocalıFüzulidən olan 170 respondent cəlb olunub.

Sorğu zamanı keçmiş məcburi köçkünlərin 95 faizinin öz doğma yurd-yuvasına qayıtmaq niyyətində olduğu bir daha təsdiqlənib.

Dövlət Komitəsinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən təqdimatda tədqiqatın nəticələri geniş müzakirə edilib, rəy və təkliflər bildirilib. Tədqiqata dair yekun hesabatda bunların nəzərə alınacağı bildirilib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar