Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Departamenti: ABŞ Ukraynada Rusiya ilə atəşkəslə bağlı danışıqlar aparmayıb

ABŞ hakimiyyəti Ukraynadakı münaqişəyə son qoymaq üçün rusiyalı həmkarları ilə danışıqlar aparmayıb...

Poliqon xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətindən Rusiyanın RBC Media Holdiqnqinə bildiriblər. Qeyd edək ki, bir gün əvvəl Reuters Agentliyi üç Rusiya rəsmisinə istinadən xəbər vermişdi ki, ABŞ Rusiyanın Ukraynada atəşkəslə bağlı təklifini rədd edib.

“Biz “Ukraynasız Ukrayna haqqında heç nə” prinsipinə sadiqik. Biz Ukraynanın ərazisini verməyə məcbur edilməsinin tərəfdarı olmazdıq. Rusiya düşünə bilər ki, bu müharibəyə son qoymağın yolu Vaşinqtondan keçir. Bu, əlbəttə ki, doğru deyil”, deyə Dövlət Departamentinin bəyanatında deyilir.

Dövlət Departamenti əlavə edib ki, Rusiya açıq şəkildə münaqişəyə son qoymaqda maraqlı siqnallar göndərib, lakin Rusiya hakimiyyətinin ilkin tələblərindən imtina ilə bağlı “istənilən danışıqlara girməyə” hazır olduğuna dair heç bir əlamət yoxdur.

Reuters mənbələrinin məlumatına görə, 2023-cü ildə prezident Vladimir Putin Yaxın Şərqdəki vasitəçilər vasitəsilə ABŞ-a Ukraynada atəşkəs rejimini müzakirə etməyə hazır olduğu mesajını çatdırıb. Eyni zamanda, Rusiya hərbi əməliyyatlar zamanı nəzarəti əldə etdiyi ərazilərin heç birini verməyə hazır olmayıb. Agentliyin həmsöhbətlərindən biri Amerika tərəfi ilə danışıqların iflasa uğradığını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ən çox oxunanalar