Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Dəniz və Liman Agentliyi beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

Dəniz nəqliyyatı sahəsində səmərəli və effektiv idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından əhəmiyyətli bir mərhələ olaraq, Dövlət Dəniz və Liman Agentliyi (DDLA) yüksək beynəlxalq nüfuza malik “QSI Belgelendirme Muayene ve Test Hizmetleri Ltd Şti” tərəfindən aparılan müstəqil auditdən sonra ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb...

"APA-Economics" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlərin görülməsi, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər sahəsində fəaliyyətin keyfiyyətinin artırılması və davamlı inkişafın təmin edilməsi DDLA-nın qarşısında duran başlıca prioritet məqsədlərdəndir. Agentliyin beynəlxalq uyğunluq sertifikatına layiq görülməsi də bu istiqamətlər üzrə öz əhəmiyyətli töhfələrini verəcək.

Sertifikatın təqdimetmə mərasimində çıxış edən tərəflərin rəhbər heyəti bu əlamətdar hadisəni müsbət qiymətləndirərək yüksək keyfiyyət, səmərəlilik və məmnunluq göstəricilərini prioritet qəbul etməklə hazırlanmış standartların daima yenilənməsi və tətbiqi üçün əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Sonda “QSI Belgelendirme Muayene ve Test Hizmetleri Ltd Şti” şirkətinin direktoru Okay Kayhanlı tərəfindən ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatı DDLA-nın sədr müavini, sədr vəzifəsini icra edən Əfqan Cəlilova təqdim olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay