Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Baxçalıdan “Təhlükəsiz bölgə” ilə bağlı açıqlama

MHP lideri Dövlət Baxçalı partiyasının yığıncağında açıqlamalar verib

Partiyasının yığıncağındakı çıxışında Suriyada “Təhlükəsiz bölgə” məsələsinə də toxunan Baxçalı, bunları söyləyib:
“Cənub sərhədləri boyunca milli ruhumuza təsir edəcək bir qumar oynanır. Fəratın şərqindəki əməliyyatları dəstəkləyirik. ABŞ qaranlıq bir kampaniyanı yaymışdır. Kürd mənşəli qardaşlarımız təhqir edilir. Kürd mənşəli qardaşlarımızın heç bir qatil ilə əlaqəsi yoxdur. ABŞ Fəratın şərqində yerləşən bir muxtar quruluş qurmağa can atır. Şimal və şimal-şərqi Suriyada etnik mənşəyə yönəlik muxtar bir qurum yaratmaq istəyir. Bu, Kürdüstan üçün bir addımdır. Tramp Türkiyəni PKK / PYD / YPG-dən uzaq tutmaq niyyətindədir. İsrail bu işin içindədir. Bədəli ağır olacaq paylaşma prosesi önümüzdədir.

“Hər kəsə xəbərdarlıq edirəm”

Tramp təhlükəsiz zonadan söz etdi. Bu bölgə tamamilə Türkiyənin idarəsində olacaqsa, deyəcək bir şeyim yoxdur. Təhlükəsiz bölgə strategiyasını biz hazırlamışsaq, biz masaya gətirmişiksə, onda problemimiz yoxdur. Qaydanı qoyan, “kozır”larını istifadə edən biziksə hər hansı narahatlıq olmaz. Təhlükəsiz bölgə adına tampon bölgəyə razılıq versəniz Körfəz müharibəsində yaşandığı kimi, bir bölgəyə icazə verəcəyiksə, hər kəsi xəbərdar edirəm, bu günə qədər etdiklərimizin üstündən xətt çəkiləcəkdir.

Trampa suallar

İraqSuriyadan sonra sıranı Türkiyə ala biləcəkdir. Suriyadakı siyasi keçid prosesi qeyri-müəyyəndir. Bu qatilin öz gələcəyi üçün hansı dayatmalara razı olacağı aydın deyil. Terrorizmə dəstək vermək düşmənçilikdir. ABŞ bunu edir. 20 mil(32 kilometr) kilometr dərinlikdə olan təhlükəsiz zona nə deməkdir? Terror təşkilatı olacaqmı? Uçuşa qadağan zonası olacaqmı? Rusiya bu işin harasındadır?
Terror bitməsə, nə edilsə, nə deyilsə, boş yerədir. Bis dövlətimiz və hökumətimizin yaındayıq. Biz haqlı mübarizəmizdən dönməməliyik”. (Müxalifət.az)
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar