Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dolların dünya ticarətində olan hegemoniyası ortadan qalxa bilər?

Dünyanın bir çox ölkələri dollardan asılılıqdan qurtulmaq istəyir...

İqtisadçı-ekspert: “Dollar hegemoniyası, yaxud da dünya iqtisadiyyatında dollardan imtina məsələsi uzun illərdir müzakirə mövzusudur”.

“Ən azı yaxın 10 ildə dolların hegemoniyası məsələsi ancaq müzakirə predmeti olacaq”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli bir çox ölkələrin dollar asılığından qurtarmaq cəhdlərini Poliqon-a şərh edərkən qeyd edib.

Bilirik ki, son zamanlar dünyanın bir çox ölkələri, hətta ən qabaqcıl, böyüyən iqtisadiyyatları dollardan asılılıqdan qurtulmaq və dövlətarası ticarətdə beynəlxalq jandarm rolunu oynaya ABŞ valyutasının təsirindən, təzyiqindən azad olmaq üçün cəhdlər edirlər.

Bəs bu cəhdlər nə qədər uğurlu ola bilər və 21-əsrin ortalarına yaxın dolların dünya ticarətində olan hegemoniyası ortadan qalxa bilər?

Dolların dünya ticarətindəki yerini Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Dünya iqtisadiyyatında baş verən proseslərə görə zaman-zaman dollardan imtina məsələsi gündəmə gəlir”.

Zaman-zaman dollardan imtina müzakirələrinin dünyada yarandığını xatırladan ekspert vurğulayıb ki, dolları üstələyə biləcək, onun verdiyi güvəni qarşılaya biləcək, əvəz edə biləcək hansısa bir valyutanın ortalığa çıxması görünmür:

“Dollar hegemoniyası, yaxud da dünya iqtisadiyyatında dollardan imtina məsələsi uzun illərdir müzakirə mövzusudur. Amma bu məsələdə ciddi bir irəliləyiş də əldə edilmir. Çünki dünya ölkələrinin ən azı 65-70 faizi öz valyuta ehtiyatlarını dollarla saxlayır. Dünya ticarətində də 72 faiz dollardan istifadə olunur. Bir çox ölklərin ( Latın Amerikası ölkələrinin) milli valyutası belə dollardır. Yəni, çox ölkələr könüllü olaraq dollardan istifadə edirlər.

Zaman-zaman dollardan imtina müzakirələri dünyada yaranır. Amma hələ ki, dolları üstələyə biləcək, onun verdiyi güvəni qarşılaya biləcək, əvəz edə biləcək hansısa bir valyutanın ortalığa çıxması görünmür. Bir tək Avropa Birliyinin valyutası olan avro bu iddiada idi. Artıq uzun illərdir, 25 ildir ki, avro dövriyyədədir. Amma avro dollarla münasibətlər hələ irəliyə doğru çıxış əldə edə bilməyib.

Dünya iqtisadiyyatında baş verən proseslərə görə zaman-zaman dollardan imtina məsələsi gündəmə gəlir. Son zamanlarda ABŞ-dan qaynaqlanan infilyasiyasının artması fonunda bu müzakirələr aktuallaşıb. Amma açıq deyim ki, yaxın gələcəkdə bu məsələdə hansısa bir ciddi dəyişikliyin olması gözlənilmir. Ən azı yaxın 10 ildə dolların hegemoniyası məsələsi ancaq müzakirə predmeti olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Natiq Miri: Erməni Apostol Kilsəsi əslində Ermənistan üçün ən böyük potensial təhlükə mənbəyidir...

Ən çox oxunanalar