Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dini ibadət yerlərinə təyinat alan şəxslərin adları açıqlandı - Siyahı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 24 may 2022-ci il tarixində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq, 39 vakant vəzifənin tutulması üçün elan edilən müsahibədə 251 nəfər namizəd arasında müvəffəqiyyət qazanan 133 nəfərdən ən yüksək bal toplayaraq təyinat alan din xadimləri ilə görüş keçirilib.

Komitədən verilən məlumata görə, görüşdə çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini durumdan, dövlət-din münasibətlərinin yüksək səviyyəsindən, dini dəyərlərə və din xadimlərinə qayğıdan bəhs edib.

Bildirib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşırlar.

Dindən siyasi məqsədlər üçün istifadənin yolverilməzliyi və buna qarşı mübarizədə birliyin vacibliyi barədə də danışan Dövlət Komitəsinin sədri qeyd edib ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək üçün güclü vasitədir. Onun cəmiyyət, ümumilikdə bəşəriyyət üçün əhəmiyyətini məkrli qüvvələr də yaxşı başa düşür və bəzən bundan çirkin əməlləri üçün istifadə edirlər. Nəticədə insanları birliyə, vəhdətə çağıran dinlər mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal, xurafat, antimilli formaya salınır. Bu baxımdan mənəvi dəyərlərimizin tərkib hissəsi olan dindən dövlətçiliyimizə qarşı istifadənin qarşısının alınmasında din xadimlərinin, dini icma sədrlərinin aktivliyi xüsusi önəm daşıyır, o cümlədən, dinlərarası dialoqun və əməkdaşlığın reallaşmasında, Vətənizimə bağlılıq hissinin gücləndirilməsində, milli-mənəvi, tolerant dəyərlərin təbliğində din xadimlərinin üzərinə daha böyük vəzifə və məsuliyyət düşür. Çünki din xadimləri təkcə özlərinin deyil, eyni zamanda, onların arxasınca gedən yüzlərlə, minlərlə möminin mövqeyinə, eləcə də dini dünyagörüşünün formalaşmasına görə ən azı mənəvi məsuliyyət daşıyırlar.

Din xadimlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayan Komitə sədri aparılan bu işlərin Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə həyata keçirildiyini və İdarənin fətvalarının yerinə yetirilməsinin zəruriliyini onların diqqətinə çatdırıb.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Sahib Nağıyev və Gündüz İsmayılov din xadimlərinə tövsiyələrini verərək üzərlərinə düşən borcu layiqincə yerinə yetirməli olduqlarını qeyd edib, onlara həvalə edilən vəzifənin uğurla həyata keçirəcəklərinə ümidvar olduqlarını vurğulayıblar.

Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, çıxışçılar dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən diqqəti yüksək dəyərləndiriblər.

İslam dininə aid ibadət yerlərinə (məscidlər) din xadimlərinin təyin edilməsi ilə bağlı müsahibədə uğur qazanaraq təyinat alan din xadimlərinin siyahısı ilə buradan tanış olmaq mümkündür.

Fotolar

pia.az


Etiket: QMİ dindar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay