Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN və Baş Prokurorluqdan Bakıdakı silahlı basqınla bağlı məlumat

Bu gün saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Poliqon.info xəbər verir ki, birgə məlumatda qeyd edilir ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlk əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.

“Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur”, - məlumatda deyilir.

Poliqon.info 


Etiket: Hücum


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar