Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dilqəmdən məktub gəldi - “Başımda və ayaqlarımda ağrılar var“

Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin göndərdikləri məktublar ailələrinə verilib


PİA.AZ bildirir ki, Şahbaz Quliyevin bacısı İradə Quliyeva anspress-ə açıqlamasında deyib ki, qardaşının məktubu ailəyə bu gün təqdim edilib. Məktubda Şahbaz Quliyev yaxşı olduğunu yazıb.

"Biz ona ailə şəkillərimizi göndərmişdik. Yazıb ki, şəkilləri alıb. Bizə can sağlığı arzulayır". 

Dilqəm Əsgərovun isə səhhətində problemlər var. Qardaşı Sahib Əsgərov açıqlamasında deyib ki, o, özü bu barədə məktubunda yazıb. "Məktubda yazır ki, başında və ayaqlarında ağrılar var. Amma müalicə almasından heç nə yazmır. Ona görə çox nigaranıq".

"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkib". Bunu sayta BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. Onun sözlərinə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş mayın 23-də olub. 

"BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə mandatına uyğun olaraq baş çəkmələri davam etdirəcək".

Saxlanılan Şahbaz Quliyevin bacısı İradə Quliyeva qardaşına məktub göndərdiyini, lakin hələ ki, qardaşından gətirilən məktubun ona çatdırılmadığını deyib. 

Girovlara sonuncu dəfə aprel döyüşlərindən sonra baş çəkilsə də, onlar ailələrinə məktub yazmamışdılar. Bu da onların yaxınlarının narahatlığına səbəb olmuşdu. 

Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov 2014-cü ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Ötən il Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev, Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. 

Lakin onlar ermənilər tərəfindən girov götürülüblər. Həmin zaman Dilqəm və Şahbaz yaxalansa da Həsən Həsənov qətlə yetirilib. Onun meyitinin əvvəlcə Xankəndində dəfn edildiyi deyilib. Lakin Azərbaycan tərəfinin başladığı danışıqlardan sonra qalıqlar bir neçə ay sonra geri qaytarılıb. 

Keçən ilin dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar