Bazar, 13 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın həyat yoldaşı cərimələndi – Yetkinlik yaşına çatmayan uşaqları işlədirmiş

Deputat İqbal Məmmədovla dövlət qurumları arasında növbəti dəfə insident yaranıb.

Bakupost.az -ın məlumatına görə, bu dəfəki hadisə Astarada baş verib.

Bir valideyn hüquq-mühafizə orqanlarına müraciət edərək, azyaşlı övladının Astarada yerləşən “Relax” istirahət mərkəzində işlədildiyini bildirib.

Araşdırmalar zamanı məlum olub ki, “Relax”da bir yox, bir neçə yetkinlik yaşına çatmayan şəxs qanunsuz əməyə cəlb olunub. İstirahət mərkəzi vergi orqanlarında deputatın həyat yoldaşı Kəmalə Məmmədovanın adına sənədləşdirilib.

Lakin Kəmalə Məmmədovanı tapmaq əsl müşkülə çevrilib.

Belə ki, o, vergi orqanlarında göstərdiyi ünvanda yaşamır, təqdim etdiyi telefon nömrəsi isə mövcud deyil. İş prokurorluq tərəfindən Lənkəran regional Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib. Fakt təsdiqini tapdığından, fərdi sahibkar Kəmalə Məmmədova 3000 manat məbləğində cərimə olunub. Cərimənin ən aşağı həddə təyin olunmasının səbəbi İqbal Məmmədovun arvadının onu nağd şəkildə və dərhal ödəmək istəməsi olub.

Qeyd edək ki, 2019-cu ilin avqustunda Lerikdə İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində Vergilər Nazirliyinin əməkdaşları və mərkəzin rəhbərliyi arasında toqquşma baş vermişdi. Nazirliyin əməkdaşları “Relax” İstirahət və Turizm Mərkəzinə vergidən yayınma əsaslarına görə vergi yoxlaması aparmaq üçün gediblər. Bu zaman Vergilər Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə istirahət mərkəzinin rəhbərliyi arasında qarşıdurma baş verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - Yenilənib

Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb - Foto, Video, Yenilənib

27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

Hizbullah üçün peycerləri İran şirkəti alıb - Ölkə qarışdı…

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - Yenilənib

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

Qroznıda yanacaqdoldurma stansiyasında partlayışda ikisi uşaq olmaqla, 4 nəfər ölüb

XİN: Erməni əsilli hərbi cinayətkarların azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil

Erməni işğalçıların viran qoyduğu Füzuli: Dirçələn şəhər - Video

Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq

Ərdoğan: Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay