Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat və tarixçidən Araz Əlizadəyə cavab: “Əhməd Cavadla bağlı bu müzakirə yersizdir!”

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Araz Əlizadə himnimizin sözlərinin Əhməd Cavada deyil, Cəmo bəy Cəbrayılbəyliyə məxsus olduğunu söyləyib. O qeyd edib ki, bu faktlarla sübut olunub

Bu məsələ ilə bağlı Modern.az-a danışan deputat Rəfael Hüseynov isə bildirib ki, himnimizin sözləri ilə bağlı müzakirələrin yaranması təsadüfi deyil:

“1919-cu ildə Milli Marşla bağlı kitab dərc olunub. Kitabda yazılıb ki, həmin milli marş – himnimiz “Cəmo bəy” tərəfindən yazılıb. Lakin o zamanlar Cəmo Cəbrayılbəyli, Cəmo Hacınski adında yazar və şairlər olub. Ona görə, himnimizin sözlərini onların adı ilə hallandırırlar. Amma belə deyil.
Tarixdən də bizə məlumdur ki, Əhməd Cavad şeirlərini “Cavad Məmmədoğlu” adı ilə bəzi yerlərdə dərc etdirib. O, həmçinin, “Cəmo bəy” təxəllüsündən də istifadə edib. Bu zaman həmin yazılarla bağlı yanlış anlaşılma olub. Himnimizin sözləri Əhməd Cavadındır. Bunu səhv anlamaq lazım deyil”.

Tarixçi alim Nəsiman Yaqublu da bu məsələnin müzakirəsinin əleyhinədir. O deyib ki, dəfələrlə qeyd etdiyimiz kimi, Əhməd Cavad Azərbaycan Xalq Cümhuriyyətinin tərənnümçüsüdür:

“Onun üçrəngli bayrağımız, Bakını işğaldan azad edən türk əsgərləri, dövlətçiliyimiz, Cümhuriyyətimiz haqqında gözəl şeirləri var. Həmin dövrdə Əhməd Cavad qədər milli ruhda yazan ikinci şair yoxdur. O, bir növ simvola çevrilib. Azərbaycanın Dövlət Himni də uzun illər onun adı ilə bağlanıb, sözlərin müəllifi kimi Əhməd Cavad qəbul olunub. Bundan sonra bəzi mənbələrdə himnimizin sözlərinin Cəmo bəy Cəbraylılbəyliyə, Cəmo Hacınskiyə aid olduğu iddiaları ortaya atıldı. Amma mən hər kəsdən soruşmaq istəyirəm, bu adda şairləri tanıyırsınızmı? Əlbəttə ki, demək olar ki, heç kim tanımır. Bu gün hamımızın tanıdğı Əhməd Cavad var. 1938-ci ildə Əhməd Cavadı elə Cümhuriyyəti, üçrəngli bayrağımızı tərənnüm etdiyinə, himnimizin sözlərini yazdığına görə həbs etdilər. Əhməd Cavad dövlətçilik uğrunda həyatını da qurban verdi, ailəsini də. Bu qədər fədakarlığın qarşısında tariximizə şübhə ilə yanaşmaq nə dərəcədə bizim dəyərlərimizə uyğundur? Üstəlik, müzakirələr Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyində baş qaldırır”.

N. Yaqublunun sözlərinə görə, himnimizin sözlərinin Əhməd Cavada aid olmadığı barədə iddialar sözdə səsləndirilsə də, faktlarla əksini tapmayıb:

“Amma mən hesab edirəm ki, hətta bu mətnin yazarının Əhməd Cavad olmadığı üzə çıxsa belə, yenə də onun kimi sənətkarın adı ilə bağlanması bizim üçün böyük fəxrdir. O, əməli, həyatı, əqidəsi, bütün varlığı ilə buna layiq olmağı bacarıb.

Yekun olaraq, belə məsələlərin müzakirəsini düzgün hesab etmirəm. Təkrar edirəm, Əhməd Cavad Azərbaycanın Dövlət Himnini mətninin müəllifidir”.

pia.az


Etiket: Himn

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar