Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat oğlunun şok görüntüləri yayıldı - Kef içində yaşayır və… + VİDEO  

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov ölkə mətbuatının gündəminə model Günel Mirzəyevanın ölümü ilə düşmüşdü

 

Belə ki, modelin deputatın oğluna məxsus yaxtada boğulduğu bildirilirdi. Həmin vaxt istər deputat E.Axundova istər də oğlu H.Axundov hadisənin onların yaxtasında baş vermədiyinə dair açıqlama vermişdilər. Hətta E.Axundova açıqlamasında oğlunun ümumiyyətlə yaxtasının olmadığını bildirmişdi.

Amma bu açıqlamadan bir müddət sonra H.Axundov hadisənin həqiqətən də ona məxsus yaxtada baş verdiyini, lakin həmin an özünün yaxtada yox, sahildə olduğunu və bu səbəbdən də G.Mirzəyevaya kömək edə bilmədiyini bildirib: “… 2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub. Həmin gün mən də onlarla idim. Lakin təəssüflər olsun ki, hadisə baş verən zaman sahildə idim. Və bu səbəbdən də hadisələrin gedişatına təsir edə bilmədim. Buna görə dərin peşmançılıq hissi keçirirəm. Əgər onun yanında olsaydım Güneli mütləq xilas edə bilərdim. Çünki üzməyi çox yaxşı bacarıram və həyatımda Xəzərdə boğulmaq təhlükəsilə qarşılaşan bir neçə insanı xilas etmişəm”.

Ortada bir-birini təkzib edən açıqlamalar olsa da, məsələ qapadılıb getdi. Hər halda ortada cəza alan olmadı. Hər kəs necə deyərlər, qaldığı yerdən həyatını davam etdirdi. Həm də necə həyatını…

Ancaq deputatın oğlunun adı bu dəfə başqa bir dələduzluq işində gündəmə gəldi. Həbib Axundovun adı 8 milyonluq dələduzluq qalmaqalında hallanmağa başladı. Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov şikayət edərək, Həbib Axundovla dostu Elnur İbrahimovun yaratdıqları maliyyə fırıldağı piramidasının qurbanları olduqlarını bildirdilər.
Ancaq H.Axundov bütün günahın Elnur İbrahimovda olduğunu bildirərək, özünün də zərərçəkmiş olduğunu bildirdi. Ancaq hazırda məhkəmədə araşdırılan bu işdə zərərçəkmişlər pullarını deputat oğluna verdiklərini bildirirlər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bu iş üzrə məhkəmə prosesinin getdiyi bir vaxtda deputat oğlu ilə bağlı yeni faktlar ortaya çıxıb. “AzPolitika.info” xəbər verir ki, H.Axundovun harın həyat tərzini, kef içində yaşadığını əks etdirən, hətta kasıb insanları ələ salmaqdan çəkinmədiyi görüntüləri yenidən gündəmi zəbt edib. Bahalı avtomobillər, bahalı geyimlər, necə deyərlər, ətrafında huri mələklər…

Bu görüntülər ölkənin iki ağır devalvasiyadan keçdiyi günlərdə çəkilib … Xalq banklar qarşısında boynubükük qalıb, minlərlə vətəndaşımız məhkəmələrdə sürünür, amma nə kəramətdisə bizim çox çox dəyərli deputatımızın oğlu Həbib Axundov mal-mülk, səltənət içində üzür...

Sanki insanları ələ salırmış kimi, “Bakıda deyirlər “krizisdir”, dollar qalxıb, mənim dollarım, heç manatım da yoxdur” deyə lağlağı şəkildə bildirir.

Gah ətrafındakı qızlara özünün oliqarxlar kimi yaşaması, gah da əynindəki kurtkanın qiyməti ilə öyünür…

“AzPolitika.info” deputat oğlunun internetdə yayılmış görüntülərini təqdim edir:

 

 


pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Mikayıl Cabbarov: "Dövlət borcunun səviyyəsi çox aşağıdır"

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Zaxarova NATO-nu hədələdi: "Cavab verməli olacaqlar"

Kürdəmir Suvarma İdarəsindən 8 ayda yarım milyonluq üç tender “udan” iki şirkətin bir nəfər sahibi kimdir

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Ən çox oxunanalar