Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "Leyla Yunus Müdafiə Nazirliyinə agent kimi göndərilmişdi"

“Əbülfəz bəyin ruhunu incidən Leyla Yunusun QRU-nun (Mərkəzi Kəşfiyyat İdarəsi) agenti olmasını AXC hakimiyyətində çoxları bilsə də, yetərincə peşəkarlıq olmadığından xüsusi xidmət orqanları onu ifşa edib, məsuliyyətə cəlb edə bilmədi”

PİA.AZ xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

BAXCP sədri sözlərinə görə, Leyla Yunus həmin dövrdə Müdafiə Nazirliyinə işə də agent kimi göndərilmişdi və qəbul olunmuşdu: “Yoxsa adamdan soruşarlar ki, bir gün nə jurnalist, nə analitik fəaliyyətlə məşğul olmamış sən tarixçi və akademiyanın elmi işçisi hara, Müdafiə Nazirliyinin Mətbuat və Analitik Mərkəzi hara?!”.

Qüdrət Həsənquliyev Leyla Yunusun AXC-də təfriqəçiliyin əsasını ilk qoyanlardan biri olduğunu vurğulayıb:

“Onun AXC hakimiyyəti dövründə yaxınlıq etdiyi adamların kimliyinə baxsanız, onların hamısının agent olduğunu görəcəksiniz. İndi də eyni vəziyyət təkrarlanır. Onun bu sərsəmləmələrini yayan xanım da agentdir, özünə “Elçibəyçi” deyib, Rusiyanın Rüstəmi ilə, Qumun əl öpən məzunu ilə də əməkdaşlıq edib, müdrikcəsinə susan Milli Şura rəhbərləri də. Bu tipli adamlar müttəfiqlərini özləri seçmir.

Elçibəyin Heydər Əliyevi hakimiyyətə dəvət etməsinə gəldikdə isə, Elçibəyi yanındakı agentlərlə yanaşı, yaxın ətrafında olan çoxları, onu qorxudan satmışdı.Ölkə idarəolunmaz vəziyyətə gəlmişdi. Həmin dövrdə ölkəni fəkakətdən və məhv olmadan yalnız Heydər Əliyev bu agentləri zərərsizləşdirməklə xilas edə bilərdi. Xalqını özündən artıq sevən Elçibəy də bunu bildiyindən, onu Bakıya dəvət etdi və Leyla kimi cəsusların arzularını gözündə qoydu”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar