Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: Əsas məqsəd pensiyaçıların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasıdır

Azərbaycanda sosial təminat sistemimizin daha da gücləndirilməsi, pensiyaçılarımızın sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərin davam etdirilməsi 2023-cü ildə də prioritet olaraq qalmaqdadır...

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, Prezident tərəfindən bu ilin ilk həftəsində sosial paketlərin dərinləşdirilməsi ilə bağlı yeni sərəncamlar imzalanıb, minimum əməkhaqqı, minimum pensiya və digər istiqamətlərdə artım qeydə alınıb: “Bütün bunlar Azərbaycan üçün sosial müdafiə sisteminin daha da təkmilləşməsi və bütövlükdə büdcədən sosial istiqamətlərə ayrılan vəsaitlərin artırılmasının 2023-cü ildə də əsas hədəflər sırasında olduğunu göstərir. Bütövlükdə 2023-cü ilin dövlət büdcəsindən sosial istiqamətlərə 15,2 milyard manat vəsait ayrılacaq. Bu, büdcə xərclərinin təxminən 46 faizinə bərabərdir. Bu, həm də o deməkdir ki, bu il büdcədən ayrılan hər 2 manatın təxminən 1 manatı sosial istiqamətə yönəldiləcək. Təbii ki, sosial paketdə pensiyaçıların sosial təminatının daha da gücləndirilməsi əsas istiqamətlərdən biri, əsas məqsəddir. Digər tərəfdən, "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklər, vahid indeksasiya mexanizminin tətbiq edilməsi daha çox vətəndaşımızın pensiya məbləğlərinin artımlarından istifadə etməsinə imkan yaradacaq. Çünki nəticə etibarilə sosial indeksasiya əsasında artımlar bütün növ pensiyalara şamil edilir. Həmçinin minimum pensiyada son illərdə 2,5 dəfə artımın qeydə alınması, mütəmadi artımlar nəticəsində Azərbaycan minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış beynəlxalq dollar ifadəsinə görə MDB ölkələri üzrə sıralamada ilk yerini qoruyub saxlaya bilib. Əsas səbəb davamlı artımların həyata keçirilməsidir və növbəti illərdə də bu artımlar davam edəcək".

poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Ən çox oxunanalar