Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəm qazından boğulma hallarının qarşısı necə alınmalıdır? - “Azəriqaz” rəsmisi açıqladı

Dəm qazı ilə bağlı hadisələrin 90 faizi hamam otağında, 3-5 faizi isə digər otaqlarda yaşanır...

“Bəzən deyirlər ki, qaza nəsə qatılır və dəm qazı ilə bağlı problemlər yaranır. Lakin bu belə deyil, dəm qazı yalnız təbii qazın yanmasından əmələ gəlmir”.

Bu fikirləri “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.

O bildirib ki, dəm qazı ilə bağlı hadisələrin 90 faizi hamam otağında, 3-5 faizi isə digər otaqlarda yaşanır:

“Bunun səbəbi otaqda oksigen səviyyəsinin balansının pozulmasıdır. Digər otaqlarda oksigen norması var. Hamam otaqlarında qapılar kip bağlanır, aşağıda texniki normativlərə uyğun dəlik və ya məsamə qoyulmalıdır. Bu normalara riayət olunmur.

Dəm qazından boğulma halları qış aylarında daha çox baş verir. Yayda hava isti olduğundan az miqdarda qaz yanır, qış aylarında isə qazın miqdarını artırırıq. Yanma məhsulu artır, oksigen tələbatı artır. Qapı tamamilə bağlı olduğunda yanma prosesi pozulur və 3-4 saniyə ərzində boğulma prosesi yaşanır. Dəm qazının qoxusu olmadığından insan reaksiya verməyə fürsət tapmır”.

“Eyni zamanda tüstü bacalarının zamanında təmizlənməsinə diqqət edilməlidir. Daha bir məqam həyət evlərində texniki şərtə uyğun tüstü bacalarının quraşdırılmamasıdır. Kustar üsulla hazırlanan bacalarda küləkli havalarda tüstü içəridən çölə yox, daha da çöldən içəriyə doğru dolur. Bu da təhlükəli məqam yaradır. Bunlar yaşanmasın deyə bina evlərində, həyət evlərində hamam otaqlarına qoyulan qapılarda daimi hava daxil ola biləcək dəliklər olmasına, tüstü bacasının təmizliyinə, bacaların texniki şərtə uyğun qaydada quraşdırılmasına mütləq diqqət edilməlidir. Bunlara diqqət edilsə, hadisələr 90 faizə qədər azalacaq”, - deyə o qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar