Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəm qazından boğulan qardaşların atası: “Böyütdüm, məni yarımçıq qoydular” - Video, Foto, Yenilənib

Bakıda iki qardaş səssiz ölümün qurbanı olublar....

Dəm qazından boğulan qardaşların atası Asif Həsənov hadisəni Baku TV-yə danışıb.

O bildirib ki, bir ilə yaxındır orada kirayə qalırdılar.

“Sərxanın böyük qardaşının həyat yoldaşı xəstə kimi idi. O Bakıdandır, anasıgilə müalicə olunmağa gedib. Səhər Əliyə zəng ediblər, telefonu götürməyib. Sərxanı da yığıblar ki, bəlkə məktəbdədir. Gəlib pəncərəni sındırıblar və görüblər ki, ölüblər. Onlar dəm qazından zəhərləniblər”.

Asif Həsənov qeyd edib ki, Sərxan Həsənov Amerikaya olimpiadaya getməli idi:

“Qrupda Amerika üçün hazırlanan 5-6 nəfərdən biri Sərxan idi. Sərxan kasıblığa görə, deyirdi ki, bəlkə əsgər getdim. Sonra gəlib burada işləyərəm. Bütün arzular yarımçıq qaldı. İki oğlum iki qızım var. Qızımın biri nitq məhdudiyyətlidir, o birini də ərə vermişəm. Əli də üç ay idi evlənmişdi. Heç əllərindən xınanın rəngi getməmişdi. Arzum uşaqlarımı böyütmək idi. Böyütdüm, məni yarımçıq qoydular”.

***

ADA-nın tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənov yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sərxanın qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.

Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

ADA Universitetinin tələbəsi dəm qazından boğularaq ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, 2019-cu ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan, universitetin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar