Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

De-Santis prezident seçkilərində Ayova qubernatorunun dəstəyini qazanıb

Tramp isə buna görə qubarnator Kim Reynoldsu hədələyib və bu addımın onun siyasi karyerasının sonu olacağını bildirib...

Ayova ştatının qubernatoru Kim Reynolds Respublikaçılar Partiyasından prezidentliyə namizəd Ron De-Santisin təklifini dəstəkləyib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir. Agentlik qeyd edir ki, Ron De-Santis bir neçə aydır ki, bu dəstəyi almağa çalışırdı.

Reuters qeyd edir ki, qubernatorun dəstəyi, çətin ki, hazırda Trampın üstünlük təşkil etdiyi Ayova ştatında seçki yarışının fundamental dinamikasını dəyişsin. Lakin DeSantnisin kampaniyasına yaxın olan bir neçə insanın fikrincə, populyar siyasi liderlərin dəstəyi tez-tez əqrəbi eyni anda bir neçə faiz bəndi ilə hərəkət etdirir.

2023-cü ilin sentyabr ayının sonunda seçkilərdə iştirak edənlərin 43%-i Trampa səs verməyi planlaşdırırdı, DeSantis və ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli isə 16%-də görünürdülər.

Qeyd edək ki, Ayova ştatı Respublikaçıların namizədlik müsabiqəsində əsas rol oynayır, çünki üstünlük verilən namizəd bir qayda olaraq seçilir.

Xatırladaq ki, Ayova ştatının qubernatoru Kim Reynolds Tramp vəzifəsində olduğu müddətdə onun səs-küylü tərəfdarı olub. Siyasətçinin 2020-ci ildə yenidən seçilmək üçün uğursuz iddiasından sonra onların münasibətləri pisləşib.

Keçmiş ABŞ prezidenti son aylarda Reynoldsun onu dəstəkləməməsindən açıq şəkildə şikayət edib. Üstəlik, bazar günü, noyabrın 5-də Tramp deyib ki, DeSantisi dəstəkləmək qubernatorun karyerasına baha başa gələcək.

Ron Desantis ABŞ-ın keçmiş prezidenti Donald Trampın qarşıdan gələn seçkilərdə yeganə real rəqibi hesab olunur. Bununla belə, onunla onun arasında fərq hələ də çox böyükdür - sorğulara görə, hazırda Trampı respublikaçıların təxminən 55%-i dəstəkləyir.

Desantisin özü daha optimistdir. 2023-cü ilin mayında keçiriləcək seçkilərdə namizədliyini irəli sürdükdən sonra siyasətçi Baydenlə yalnız onun rəqabət apara biləcəyini bəyan edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar