Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşaltı şəhidi 31 il sonra Xaçmazda dəfn olunub - Yenilənib

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyitinin qalıqları tapılmış Niftəliyev Adil Kamal oğlu Xaçmaz rayonunda dəfn olunub...

 

 

"Report"un Şimal bürosu xəbər verir ki, şəhid yaylım atəşi və Dövlət Himninin sədaları altında ata və anasının dəfn olunduğu Dədəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimayyəti iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidin tabutuna sarılmış üçrəngli bayrağı A.Niftəliyevin qardaşına təqdim edib.

Qeyd edək ki, Xaçmaz rayonunun Kiçik Baraxum kənd sakini, 1966-cı il təvəllüdlü Niftəliyev Adil Kamal oğlu birinci Qarabağ müharibəsi zamanı - 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Onun meyitinin qalıqları 31 il sonra Daşaltı kəndində aşkarlanıb.

***

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyitinin qalıqları tapılmış Niftəliyev Adil Kamal oğlu ilə vida mərasimi keçirilir.

"Report"un Şimal bürosu xəbər verir ki, vida mərasimi Xaçmaz rayonunun Kiçik Baraxum kəndində keçirilir.

Mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.

O, Dədəli kənd qəbiristanlığında ata və anasının məzarlarının yanında dəfn ediləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Polşa klubunun futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Ən çox oxunanalar