Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Danimarka Rusiya neftini daşıyan tankerləri bloklaya bilər

Baltik dənizi ilə nəql edilən bütün Rusiya nefti beynəlxalq bazarlara çıxarkən dar Danimarka boğazlarından keçir...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

“Danimarkaya Avropa İttifaqının yeni planları çərçivəsində onun sularından keçən Rusiya neft tankerlərinin yoxlanılması və ola bilsin ki, bloklanması tapşırılacaq”, -deyə nəşr qeyd edib.

Qeyd olunur ki, bu cür tədbirlər Qərb ölkələrinin Moskvanın yayınmağı bacardığı qiymət məhdudiyyətlərinə əməl olunmasını təmin etmək istəyindən irəli gəlir.

Baltik dənizi ilə nəql edilən bütün Rusiya nefti, onun ümumi dəniz ixracının təxminən 60%-i beynəlxalq bazarlara çıxarkən dar Danimarka boğazlarından keçir.

Danimarka Müdafiə Komandanlığının sözçüsü nəşrə bildirib ki, onlar dəniz təhlükəsizliyi ilə bağlı olmadığı təqdirdə boğazlardan keçən sənədləri və gəmiləri yoxlamırlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar