Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir universitetdə tələbələrlə bloqerlərin görüşü tənqid olundu - Foto

Daha bir universitetdə tələbələrlə bloqerlərin görüşü tənqid olunub...

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrlə bloqerlərin görüşünə dair video yayılıb.

Universitetin akt zalında keçirilən görüşdə qocaman müəllimin də bloqerlərə sual ünavanlaması müzakirələrə səbəb olub.

Sosial şəbəkə izləyiciləri pedaqoji təhsil verən universitetin bu addımı atmasını sərt tənqid ediblər.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əlaqə saxladıq.

Ali təhsil ocağının mətbuat katibi Cavid Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, son günlər sosial şəbəkələrdə bəzi universitetlərdə, o cümlədən ADPU-da bloqer və aktyorlarla görüşlər barədə müxtəlif fikirlər irəli sürülür:

“Bu məsələ ilə bağlı qeyd etmək istərdik ki, hazırda universitetimizdə yeddi tələbə təşkilatı və 10-dan çox tələbə klubu fəaliyyət göstərir. Universitet tələbələr tərəfindən maraq dairələrinə uyğun qonaqların dəvət olunub görüşlər keçirilməsinə qarşı çıxmır. Tələbələr asudə vaxtlarını müxtəlif formada dəyərləndirirlər.

Bu tədbirlər və görüşlər həm maarifləndirici, həm də əyləncə xarakteri daşıya bilər. ADPU-da yazıçılar, tarixçilər, aktyorlar, jurnalistlər, həkimlər, qazilər, şəhid ailələri, tanınmış alimlər, xarici universitetlərin mütəxəssisləri, professorları və digər şəxslərlə mütəmadi görüşlər keçirilir”.

“Dünənki görüşdə isə Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Fuad İsgəndərov və Günel Rəhim iştirak ediblər. Adıçəkilən şəxslər son illərin tanınmış aktyorları, eyni zamanda gördükləri işlərlə gənclərin sevimlisinə çevrilmiş adamlardır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, ötən gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə tiktokerlərin görüşünün təşkil olunması ilə bağlı yayılan görüntülər tənqid olunmuşdu. İzləyicilər tiktokerlərlə görüşün bu səviyyədə təşkilinin nüfuzlu ali təhsil müəssisəsinə uyğun olmadığını bildiriblər.

pia.az


Etiket: bloqqer


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib

Tavuşun Kirants kəndində sakinlərlə polis arasında qarşıdurma yaranıb - Video

Ən çox oxunanalar