Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3868 azərbaycanlı itkin düşüb

AMEA Hüquq və İnsan Haqları İnstitutunda "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində" mövzusunda beynəlxalq konfrans keçirilib


APA-nın xəbərinə görə, konfransın təşkilatçıları Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Həsrət yolu" əsir və girovlara kömək ictimai birliyidir.

İctimai birliyin sədri Esmira Orucova bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3868 nəfər Azərbaycan vətəndaşı itkin düşüb: "İtkin düşmüş şəxslərin 3123 nəfəri hərbçi, 745 nəfəri mülki şəxs, 62 nəfəri uşaq, 262 nəfəri qadın, 302 nəfəri isə qocadır. Sübutlara, hətta azad edilmiş ailə üzvlərinin və yaxınlarının şahidlik etmələrinə baxmayaraq, 873 nəfər hüququ pozulmuş şəkildə bu gün də qarşı tərəfdə saxlanılır".

E. Orucova qeyd edib ki, 1437 nəfər əsir və girovluqdan azad edilib.

Konfransda 2014-cü ildə öz doğma torpaqları Kəlbəcərə ziyarətə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi diqqətə çatdırılıb. Bildirilib ki, onlar heç bir hüquqi əsas olmadan, tanınmamış qondarma rejim tərəfindən "mühakimə" ediliblər.

Konfransda diplomatik korpusun nümayəndələri, millət vəkilləri iştirak ediblər.

Tədbir çıxışlarla davam etdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar