Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cüdoçular Bakıda etiraz aksiyası keçirdi - FOTOLAR


İdmançılarımız üç aydır məvaciblərinin verilməməsindən şikayət edirlər


Bakıda cüdo üzrə yığma komandamızın üzvləri aksiya keçirirlər. Anspress-in hadisə yerində olan müxbirinin sözlərinə görə, cüdoçularımız məvaciblərinin artıq üç aydı verilmədiyini bildirirlər. 

Onlar Azərbaycan Cüdo Federasiyasından maaşlarının verilməsini tələb edirlər. Aksiyada Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında dünya çempionatının qalibi olmuş Elmar Qasımov və Azərbaycanın ən tanınmış cüdoçularından olan Nicat Şıxəlizadə və Elxan Məmmədov da iştirak edir. 

Artıq Azərbaycan Gənclər və İdman Nazirliyi məsələyə münasibətini bildirib. Qurumun mətbuat katibi Səmayə Məmmədova bildirib ki, federasiya idmançılarla görüşərək onların tələblərini dinləyəcək.

Elmar Qasımov onların federasiya ilə bağlı problemlərinin olduğunu bildirib: "Bir neçə dəfə federasiya rəhbərliyi ilə görüşlər keçirmişik. Bizə söz verirlər ki, hər şey həll olunacaq. Ancaq ortada bir nəticə yoxdu. Nə təlim məşqlərinə göndərirlər, nə maaşlarımızı verirlər. Qidalanmamız yaxşı deyil. Biz təlim-məşq toplanışlarına artıq öz hesabımıza getməyi fikirləşirik".

Cüdoçular <a href=Bakıda etiraz aksiyası keçirdi - FOTOLAR  <a class=`popupgallerylink` href=`http://musavat.com/data/news/dir332/img1756586.jpg` target=`_blank`>Yüklə</a>">
Cüdoçular <a href=Bakıda etiraz aksiyası keçirdi - FOTOLAR  <a class=`popupgallerylink` href=`http://musavat.com/data/news/dir332/img1756587.jpg` target=`_blank`>Yüklə</a>">
Cüdoçular <a href=Bakıda etiraz aksiyası keçirdi - FOTOLAR  <a class=`popupgallerylink` href=`http://musavat.com/data/news/dir332/img1756588.jpg` target=`_blank`>Yüklə</a>">




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Ən çox oxunanalar