3 il əvvəl bütün dünyaya yayılmış Covid-19 xərçəng hüceyrələrinə olan yeni bir təsiri ortaya çıxıb...
PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çukurova Universiteti tərəfindən aparılan araşdırmaya görə, Covid-19 xərçəng hüceyrələrinin yayılmasını sürətləndirir. Çukurova Tibb Fakültəsi Balcalı Xəstəxanası Döş Xəstəlikləri üzrə Dos. Dr. Yasemin Saygıdeğer klinikada müalicə olunan 25 könüllüdən alınan nümunələrlə Biotexnologiya Tədqiqat və Tətbiq Mərkəzində koronavirusun xərçəng hüceyrələrinə olan təsirini araşdırıb.
Döş, qaraciyər, yoğun bağırsaq və ağciyər xərçəngi ilə bağlı araşdırma çərçivəsində koronavirus xəstələrinin qanından alınan zərdablar laboratoriyalarda çoxaldılan müxtəlif xərçəng hüceyrələrinə inyeksiya edilib. 1 il davam edən araşdırmanın nəticələrinə görə, zərdabların yeridildiyi xərçəng hüceyrələrinin “metastaz” adlı bir prosesə girdiyi, yəni digər orqan və ya toxumalara yayılma potensialını artırdığı ortaya çıxıb.
Alınan nəticələr beynəlxalq tibb sahəsindəki elmi məqalələrdə dərc edilib. Əsərlərinin beynəlxalq nəşrlərdə istinad kimi göstərildiyini bildirən Dos. Dr. Yasemin Saygıdeğer deyir:
“Koronavirusun təsiri ilə ağciyərlərdə parçalanmış hüceyrələrdən saçılan sitokinlər və digər viruslarla əlaqəli hissəciklər qana qarışaraq bütün bədənə yayıla bilər. Əgər bu adamda xərçəng varsa, hissəciklər də qana çata bilər”.
pia.az