Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin xarici işlər naziri Fələstin dövlətinin yaradılmasına çağırıb

Çinin xarici işlər naziri Qəzza böhranı ilə bağlı daha geniş sülh konfransı keçirməyi zəruri hesab edir...

Poliqon “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, Van İ Qahirədə misirli həmkarı Sameh Şükri ilə keçirdiyi mətbuat konfransında müvafiq açıqlamalar verib. İki nazirin birgə bəyanatında həmçinin mülki əhaliyə və mülki obyektlərə qarşı bütün zorakılıq, qətl və hücumlara dərhal son qoyulması tələb olunur.

Çinin xarici işlər naziri Van İ Qəzza zolağında müharibənin genişlənmədə davam etdiyini vurğulayıb.

Çinli dipıomat münaqişənin bütün regiona yayılmasının qarşısını almaq üçün daha geniş, daha nüfuzlu və effektiv beynəlxalq sülh konfransı keçirməyə və iki dövlət həllinin həyata keçirilməsi üçün konkret vaxt cədvəli yaradılmasına çağırıb.

“1967-ci ildə qəbul edilən qərara əsasən paytaxtı Şərqi Qüds olan müstəqil sərhədlərə malik tam suveren Fələstin dövlətinin yaradılmasında israr etmək lazımdır”, deyə Van İ bildirib.

Çinin xarici işlər naziri həmçinin bildirib ki, Qəzza zolağında münaqişə günahsız mülki insanlar arasında böyük itkilərə səbəb olur və bu da ciddi humanitar fəlakətlər yaradır. O, qeyd edib ki, Qəzza zolağının infrastrukturu tamamilə dağılıb, milyonlarla insan sağ qalmağa çalışır.

Qeyd edək ki, Van İ hazırda Afrika ölkələrinə turne səfərindədir. Səfər zamanı nazir Misirdən başqa Toqo, Tunis və Kot-d'İvuara da səfər edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar