Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin vətəndaşları turist adı altında 100 dəfədən çox ABŞ hərbi bazalarına giriblər…

Son illər Çin vətəndaşları özlərini turist kimi təqdim edərək ABŞ hərbi bazalarına 100 dəfədən çox soxulublar…

Poliqon xəbər verir ki, bu barədə Wall Street Journal qəzeti bu hadisələri potensial casusluq təhlükəsi kimi qiymətləndirən ABŞ rəsmilərinə istinadən yazıb.

Qəzet qeyd edir ki, Çinin bu addımı bu cür obyektlərdə təhlükəsizliyin təmin edilməsi üsullarını sınaqdan keçirmək məqsədilə həyata keçirilə bilər. Rəsmilərin sözlərinə görə, bazaların ərazisinə daxil olan Çin vətəndaşları Pekində hakimiyyət orqanlarına casusluq etməyə məcbur olurlar.

Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyu qəzetə deyib ki, Çinin casusluğu ilə bağlı iddialar qərəzli uydurmadır.

Qeyd edək ki, bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin iki üzvü Çinin xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb. Həbs edilənlərdən biri, 22 yaşlı dənizçi ABŞ-ın milli təhlükəsizlik məxfi məlumatlarını Çinə ötürməkdə şübhəli bilinir. İkinci əsgər vətənə xəyanətdə və Çin rəsmilərindən rüşvət almaqda ittiham olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar