Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin neft embarqosu şəraitində Rusiyaya necə kömək edir?

Ən azı beş Çin supertankeri Rusiya neftinin beynəlxalq bazarlara ixracında iştirak edib…

Qərbin Rusiya xammalına qarşı sanksiyalarını sərtləşdirməsinə baxmayaraq, Çin Rusiyadan neft almağa davam edir. Üstəlik, Pekin Rusiya neftini beynəlxalq bazarlara daşımaq üçün Moskvanı tankerlərlə təmin edibş

PİA.az xəbər verir ki, bu barədə Reuters-in məlumatında bildirilir.

Qərbin sanksiyaları Rusiyanın Qərb tankerlərinə çıxışını və sığortasını məhdudlaşdırdıqdan sonra Rusiya tərəfi öz xammalı daşımaq üçün fəal şəkildə gəmilər axtarır.

CNN izləmə məlumatlarına və ticarət mənbələrinə istinadən bildirir ki, ən azı beş Çin supertankeri Rusiya neftinin ixracında iştirak edir. Dörd gəmi Çinə, biri Hindistana xammal daşıyır.

Qeyd edək ki, Qərb müttəfiqlərinin tətbiq etdiyi sanksiyalar qüvvəyə mindikdən sonra beynəlxalq bazarda neftə tələbat kəskin şəkildə aşağı düşdüyündən Moskva nefti asiyalı alıcılara endirimlə satmağa məcburdur. İndi bir çox idxalçılar alternativ təchizatçılara müraciət etməyə üstünlük verirlər.

Dekabr ayında Rusiya neftinə tətbiq edilən qiymət tavanı Avropa İttifaqından kənar ölkələrə Rusiya neftini dəniz yolu ilə idxal etməyə icazə verir, lakin xam neftin bir barel üçün 60 dollardan yuxarı qiymətə satıldığı təqdirdə sığorta şirkətlərinə yükü və gəmini sığorta etməyi qadağan edir.

Rusiya neftinin tədarükü ilə məşğul olan Çin şirkətlərindən birinin rəhbəri israr edir ki, Rusiyanın Urals brendi ilə ticarət qanunidir, çünki o, müəyyən edilmiş tavandan xeyli aşağı qiymətə satılır.

Öz növbəsində Hindistan hakimiyyəti daha endirim təklif edən tədarükçülərdən neft almaq niyyətində olduğunu bəyan edir.

CNN qeyd edir ki, ümumilikdə 2023-cü ildə 18 Çin supertankeri və 16 Aframax tipli gəmi Rusiya neftinin daşınmasına cəlb oluna bilər.

Bu tankerlərin sayı ildə 15 milyon ton daşımaq üçün kifayətdir ki, bu da Uralsın ümumi ixracının 10%-ni təşkil edir.

Bir nenə gün əvvəl yayılan xəbərlərdə bildirilirdi ki, yanvarın əvvəlində Rusiya neftinin Urals neftinin qiyməti 37,8 dollar/barelə enib, dünya kuponu Brent isə bir barel üçün 78 dollardan çox satılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar