Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin mübahisəli adada uçuş zolağı tikir - Foto

Çin Cənubi Çin dənizində Vyetnam və Tayvanın iddia etdiyi mübahisəli Triton adasında hərbi təyyarələr üçün yeni uçuş zolağı inşa edir...

Poliqon xəbər verir ki, bu barədə Honq-Konqun SCMP nəşri peyk görüntülərinə istinadən məlumat yayıb.

Avropa Kosmik Agentliyinin keçən ay çəkdiyi şəkillərdə Çinin 1974-cü ildəki hərbi münaqişədən sonra nəzarət etdiyi Parasel adaları qrupunun cənub-qərb ucu olan Triton adasında 630 metr uzunluğunda uçuş-enmə zolağı və yaxınlıqdakı bina göstərilir.

Yeni uçuş-enmə zolağı iyulun ortalarında çəkilməyə başlayıb. Bu zolaq Çinin mübahisəli adalarda inşa etdiyi digərlər zolaqlardan çox qısadır.

Triton digər Parasel adalarından xeyli kiçikdir, lakin arxipelaqın ətrafındakı sular ehtiyatlarla zəngindir və dünyanın ən işlək ticarət gəmiçilik zolaqlarından bəziləri burdan keçir.

Çin və Vyetnam arasında ərazi mübahisələri Cənubi Çin dənizində daha güclü hərbi dəstəyə malik olan ÇXR-in öz suverenliyini təsdiq etmək üçün iqtisadi fəaliyyətlərini inkişaf etdirdiyi digər adalarla bağlı da davam edir. Xüsusilə, aprel ayında Çin Parasel adalarının ən böyüyü olan Vududa restoran açıb və bu, Vyetnamın qəzəbinə və tənqidinə səbəb olub.

Çin hərbçiləri Cənubi Çin dənizinin cənub-qərb hissəsində yerləşən digər mübahisəli adalar qrupu olan Spratli arxipelaqındakı süni adalarda uçuş zolaqları və hərbi bazalar inşa edib. Məsələn, Cənubi Çin dənizinin ortasındakı Alovlu Xaç rifindəki uçuş zolağının uzunluğu əslində 3 km-dən çoxdur - potensial olaraq Çin ordusunun H-6 strateji bombardmançılarının yerə enib havaya qalxması üçün kifayət qədər uzunluqdadır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ən çox oxunanalar