Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin Mərkəzi Bankı yuanı ucuzlaşmaqdan qorumağa cəhd edir…

Çinin Mərkəzi Bankı iqtisadiyyatın vəziyyəti ilə bağlı artan narahatlıqlar fonunda öz valyutasının müdafiəsini gücləndirib…

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

FT-yə açıqlama verən valyuta treyderləri və analitiklər qeyd edirlər ki, Çin valyutasına təzyiq Mərkəzi Bankın gözlənilməz faiz endirimindən sonra güclənib. Onlar əlavə ediblər ki, dövlət bankları ucuzlaşma sürətini yavaşlatmaq üçün yuanı alır və dollar satırlar.

FT yazır ki, valyutasını qorumaq üçün Çin Mərkəzi Bankı cümə günü yuanın gündəlik orta qiymətini təyin etib və bu valyutanın hər iki istiqamətdə 2% ticarət etməsinə icazə verilir, bir dollar üçün 7,2 yuan məzənnəsində həyata keçirilir.

Treyderlər və strateqlər deyirlər ki, bu, Çin valyutasının aşağı düşmə sürəti ilə bağlı Mərkəzi Bankda artan narahatlığı açıq şəkildə özünü göstərir və Çin zəif iqtisadi göstəricilərə, o cümlədən ölkənin yuanla ifadə olunmuş istiqrazlarına və fond bazarlarından vəsait axınına təkan verməyə çalışır.

FT qeyd edir ki, Çin Xalq Bankı bu həftə bank sisteminə 757 milyard yuan (104 milyard dollar) daxil edib. Bu isə qısamüddətli likvidlik milli valyutanın dəyərdən düşməsini cilovlamaq səylərinə zərbə vurur.

“Goldman Sachs”ın Çin üzrə baş iqtisadçısı Hui Şan bildierib ki, ideal olaraq, Çin Mərkəzi Bankı yuanı zəiflətmədən dərəcələri azaltmaq istərdilər, lakin dolların nə qədər güclü olduğunu və ABŞ-da faiz dərəcələrinin nə qədər yüksək olduğunu nəzərə alsaq, bu mümkün deyil.

“İndi hər şey fərqlidir. Əvvəlki zəifləmə dövrlərində Çin iqtisadiyyatının əsasları vəziyyəti nəzarətdə saxlamağa kömək edirdi və dolların belə yüksək məzənnələri yox idi”, deyə Avropanın əsas kredit təşkilatlarından birində Şanxaydan olan valyuta treyderi FT-yə bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar