Çin Kommunist Partiyası Tayvanda keçirilən prezident və qanunvericilik seçkilərinə müdaxilə etmək üçün iqtisadi və hərbi təzyiqlərdən istifadə edir...
Çin Xalq Respublikası Demokratik Tərəqqi Partiyasının (DPP) namizədi Lai Çinqtenin qələbəsinin qarşısını almaq, həmçinin demokratların parlamentdə çoxluğu saxlamasına mane olmaq istəyir.
Poliqon xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun məlumatında deyilir. Hesabatda bildirilir ki, Çin Kommunist Partiyası Lai Çinqten və Demokratik Tərəqqi Partiyasını status-kvonu təhdid edən “separatçılar” hesab edir.
DPP nümayəndəsi Çanq Çi-hao, Çin Kommunist Partiyasının sorğuları manipulyasiya etdiyini, vergi yoxlamalarından və torpaq idarəçiliyi araşdırmalarından istifadə etməyə çalışdığını, tayvanlı iş adamlarını Çin tərəfdarı siyasi mövqelər ifadə etməyə məcbur olunduğunu və tayvanlı Çin tərəfdarlarının Tayvana qayıtması üçün aviabiletləri subsidiya etdiyini deyib.
Oktyabrın 29-da tayvanlı bir yüksək rütbəli hökumət rəsmisi adının açıqlanmaması şərti ilə Tayvanın hətta Çindən seçkilər haqqında dezinformasiya ilə mübarizə aparmaq üçün xüsusi qrup yaratdığını deyib: "Çin Tayvanın dini icmalarında şəbəkə yaradıb və onlar vasitəsilə dezinformasiya yayır. Fo Quanq Şan kimi Tayvan Buddist təşkilatlarının və Tayvan Matsu Qardaşlığı kimi Matsuya ibadət edən təşkilatların üzvləri Tayvan boğazının müxtəlif yerlərində Çin Xalq Respublikasının Tayvan İşləri İdarəsi və Birləşmiş Cəbhə İş Departamentinin rəsmiləri ilə görüşüblər".
Qeyd edək ki, seçkilər yanvarın 13-də keçiriləcək.
Poliqon.info