Rəsmi Pekin Böyük Britaniyanın Tayvanın müstəqilliyini tanımasını “ziddiyyətli qərar” adlandırıb...
Poliqon xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.
“Çin Britaniya parlamentini “Vahid Çin” prinsipini və beynəlxalq münasibətlərin əsas hüquqi normalarını dəstəkləməyə çağırır”, deyə diplomat bildirib.
Venbin həmçinin Pekin adından Londonu Çinin əsas maraqlarını pozmamağa və Tayvan tərəfdarı olan müstəqillik qüvvələrinə yalan siqnallar göndərməməyə çağırıb.
Bu bəyanat Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Çinə səfəri fonunda dərc edilmiş İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin hesabatına şərhdir. Hesabatda vurğulanır ki, Tayvanın müstəqilliyinin tanınması üçün bütün lazımi atributlar var.
Poliqon.info