Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı yeni nümayəndəsi ilə görüşüb

20 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni təyin olunmuş Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayatı qəbul edib...

Poliqon xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

İlk növbədə təşkilatın nümayəndəsinin etimadnaməsi nazir Ceyhun Bayramova təqdim olunub. Nazir Ceyhun Bayramov nümayəndəyə ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, AzərbaycanFAO arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, hazırki beynəlxalq konyunkturada ərzaq təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətindən danışaraq, bu xüsusda FAO-nun fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib. Ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf potensialından istifadə olunması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində FAO ilə həyata keçirilən birgə layihələr məmnunluqla xatırlanıb. Azərbaycanla FAO arasında Tərəfdaşlıq Proqramının perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, o cümlədən kənd təsərrüfatına ciddi təhdid olan mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. İşğaldan azad olunmuş ərazilərimizin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov, həmin ərazilərin böyük kənd təsərrüfatı potensialına malik olduğunu bildirib. Bu xüsusda, mövcud potensialdan istifadə məqsədilə beynəlxalq tərəfdaşlar, o cümlədən FAO ilə əməkdaşlıq imkanları qeyd olunub.

Muhammad Nasar Hayat, AzərbaycanFAO arasında geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla qeyd edərək, bu xüsusda münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Kənd təsərrüfatının inkişafında innovasiyaların tətbiqi sahəsində Azərbaycan tərəfindən görülən işlər, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilmiş təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Ən çox oxunanalar