Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Avrasiya Patent İdarəsinin prezidentini qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyevi qəbul edib...

Nazirlikdən Poliqon-a verilən xəbərə görə, görüş zamanı Azərbaycanda əqli mülkiyyət institutunun inkişafının ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanıldığı, sözügedən sahədə genişmiqyaslı struktur islahatlarının aparıldığı, idarəçiliyin optimallaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” kimi dövlət əhəmiyyətli sənədlərdə əqli mülkiyyət sahəsinin inkişafı istiqamətlərinə ayrıca yer verildiyi ifadə olunub.

AR Əqli Mülkiyyət Agentliyi ilə APT-APİ arasında əməkdaşlıq əlaqələrinin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətlərin böyük önəm kəsb etdiyi vurğulanıb.

APİ-nin prezidenti Qriqoriy İvliyev tərəfindən qeyd edilənlərlə həmfikirlik bildirilərək, əqli mülkiyyət sahəsində mümkün əməkdaşlığın müvafiq kadrların hazırlanması, patentlərin rəsmiləşdirilməsi, vahid standartların tətbiqi kimi geniş əhatə dairəsinə malik olduğu diqqətə çatdırılıb.

Əqli mülkiyyət sahəsində əlaqələrin inkişafına töhfə verilməsi məqsədilə rəhbər və işçi səviyyədə təmasların davam etdirilməsinin, konfranslar, dəyirmi masalar kimi tədbirlər vasitəsilə bir araya gəlinərək həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərin müzakirəsinin əhəmiyyəti ifadə olunub.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən APİ ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri, qlobal patent müraciətləri sahəsində son meyllər, APİ-nin müvafiq strukturlarına seçkilər barədə fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar