Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənub rayonlarını su basıb


"Lənkəran-Astara bölgəsinin bir çox yaşayış məntəqələrində subasma təhlükəsi davam edir"


Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, Lənkəran-Astara bölgəsində daha çox Lənkəranın, qismən də MasallıAstara rayonlarının düzənlik hissəsində subasmalar yaranıb: “Subasmaları daha çox kiçik çaylardan gələn sular yaradıb. Həmin çayların dərələri dolduğundan və təmizlənmədiyindən sular öz məcralarından kənara çıxıblar. Nəticədə həm Lənkəran şəhərinin özündə subasma yaranıb, həm də Lənkəran, Astara rayonlarının bir çox kəndlərini su basıb”.

Həmin zonada subasmanın dünəndən müşahidə edildiyini deyən E.Əlizadə təhlükənin qalmaqda davam etdiyini də söyləyib.

E.Əlizadə bildirib ki, hazırda Quba-Qusarın düzənlik ərazilərində də subasma başlayıb. Bu zonada həmin problem hazırda qismən müşahidə edilir: “Quba-Qusar bölgəsində bu təhlükə hələ kiçik mqiyaslıdır, amma Lənkəranda artıq kəndlərin bir neçəsi suyun altındadır. Subasma Lənkəran-Astara zonasının bir neçə kəndində baş verib”.

Direktor müavininin sözlərinə görə, yağışlı hava şəraitinin bir neçə gün davam edəcəyinin proqnozlaşdırılması ilə əlaqədar subasma təhlükəsi həm Lənkəran-Astara zonasında, həm də Quba-Xaçmazın dağətəyi və düzənlik kəndlərində gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar