Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəmil Həsənli NİDA-çıları tənqid etdi


Milli Şuranın sədri Cəmil Həsənlinin "Azadlıq" qəzetinə müsahibəsi birmənalı qarşılanmayıb


Cəmil Həsənli müsahibəsində "NİDA"çı gəncləri və REAL-ın icra katibi Natiq Cəfərlini tənqid edib: 

"Çox təəssüf ki, biz yalnız hakimiyyətdən deyil, dostlarımızdan da zərbə aldıq. 15 mart mitinqinin qarşısını almaq mümkün olmayanda, xüsusi xidmət orqanları onun effektini azaldan təxribatlara əl atdılar. Bu məqsədlə mitinq başlamazdan 30-40 dəqiqə əvvəl, adam az olan vaxt ətrafdakı hündür mərtəbəli binanın damından kamera ilə çəkilmiş meydanın görüntüsü "Mitinq "quş uçuşu" məsafəsindən" adı altında bizim çox hörmət etdiyimiz "Azadlıq" radiosunun Azərbaycan xidmətinin səhifəsində yerləşdirildi və şəklin sol tərəfində də 16:31 zaman göstəricisi qoyuldu. Bax, bu, bizim üçün doğrudan da gözlənilməz oldu. Birincisi, ona görə ki, Azərbaycan cəmiyyətinin qarşısında böyük xidmətləri olan, hazırda isə hökumətin repressiyaları ilə üzləşən bir informasiya orqanı cəmiyyətdə mitinq haqqında yanlış təəssüratlar yaratmağa cəhd etmişdi. İkincisi və bundan daha betəri isə o idi ki, Azərbaycan xüsusi xidmət orqanlarının bu təxribatı "Azadlıq" radiosu kimi mötəbər bir quruma necə yol tapmışdı? Burada xüsusi xidmət orqanlarının məqsədi etibarlı bir informasiya orqanına istinadən mitinqi gözdən salmaq idi. Ona görə də sol tərəfində "16:31" zaman göstəricisi, sağ küncündə isə "Azadlıq Radiosu RFE/RL" brendi olan bu təxribat hökumətin nəzarətində olan medianın mitinq "təhlillərində" başlıca istinad nöqtəsi idi. Biz özümüzü tənqidə açıq bir qurum hesab edirik. Amma REAL-ın icra katibi Natiq Cəfərlinin mitinqdə səsləndirilən fikirləri tərsinə şərh edib aksiyanın hədəflərini tamamilə arzuolunmaz istiqamətə yönəltməsi də bizim üçün bir qədər gözlənilməz oldu. Rəğbətlə yanaşdığımız NİDA Gənclər Təşkilatının mitinq müzakirələri də bizdə bəzi suallar doğurdu. Biz özümüzə dost hesab etdiyimiz hər iki quruma hörmətlə yanaşırıq, amma xatırlatmaq istəyirik ki, bizim bu qurumlara etimadımız onların mövcud təşkilat strukturlarından, sosial baza və siyasi imkanlarından çox böyükdür.(Qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar