Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadda yol qəzasında xəsarət alanların sayı artıb - Yenilənib

Cəlilabad rayonunda ağır yol qəzasında xəsarət alanların sayı 2-yə çatıb...

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə zamanı Kürdəmir rayon sakini, 1999-cu il təvəllüdlü Əlövsət Abdullayevin də xəsarət aldığı məlum olub.

Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Cəlilabadda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

BDYPİ mətbuat xidmətindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisə saat 15:30 radələrində Ələt-Astara magistralının 123 km-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

"Hyundai Getz" markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Şamil Suli oğlu Mirzəyevə məxsus nasaz vəziyyətdə dayanan "Mercedes" markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində "Mercedes" avtomobilinin yanında dayanan sürücü Ş.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

"Report"un Muğan bürosunun məlumatına görə, qəza yolun 123-cü km-də Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha biri isə xəsarət alıb.

Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar