Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cahangir Məmmədli İctimai TV ilə vidalaşdı


Aprelin 13-də İctimai Televiziya və Radio Yayım Şurasının növbəti iclası keçirilib


İclasda Yayım Şurasının 2016 mart – 2017 mart tarixləri arasında fəaliyyəti ilə bağlı hesabatı müzakirə edilib. Şura üzvləri hesabat məruzəsinə bəzi əlavələr və dəyişikliklər etməklə, onun ictimaiyyətə təqdim olunmasını məsləhət görüblər.

Qeyd edək ki, Şuranın üç üzvünün Şuradakı fəaliyyət müddətinin başa çatdığı bildirilib. Azərbaycan Mətbuat Şurası (MŞ) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən irəli sürülmüş namizədlər – Cahangir Məmmədli və Aqil Dadaşovun Yayım Şurasında on iki illik, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) seçilmiş Muxtar İmanovun isə 6 illik səlahiyyət müddəti bu il martın 15-də başa çatıb. Yayım Şurasının üzvləri və İctimai teleradionun rəhbərliyi bu müddət ərzində birlikdə olduqları hər üç Şura üzvünə təşəkkürünü bildirib, onların hər üçünün peşəkarlıq səviyyəsinin ictimai teleradionun işinə müsbət təsir göstərdiyini qeyd ediblər.

Şura sədri Cahangir Məmmədli iclasda sədr kimi son dəfə çıxış etdiyini bildirərək, ötən 12 illik fəaliyyəti dövründə Şuranın bütün üzvləri və ictimai teleradionun yaradıcı kollektivi ilə birlikdə yalnız bir məqsədə - Azərbaycan cəmiyyətinə, Azərbaycan dövlətinə və azərbaycançılıq ideologiyasına xidmət etdiklərini qürurla söyləyib.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar