Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün dövrlərin və xalqların ən varlı adamı Mali imperatoru mansa Musa


XIV əsrdə Avropa daxili müharibələrdən, türklərin və qara taunun həmləsindən silkələndikcə Qərbi Afrikada Mali imperiyası çiçəklənirdi


O zamankı hökmdar mansa (ərəbcə: ali rəhbər-tərc.) Musa onu bütün dövrlərin və xalqların ən varlı adamı edən sərvətə sahib idi.

Mansa Musa 1324-1325-ci illər arasında Məkkəyə getdiyi həcc ziyarəti sayəsində dünyaya tanınıb. Səhrayla 10 min əsgər, 30 min mülki şəxs, 12 min qul və padişahın yaxınlaşdığını xəbər verən 500 carçıdan ibarət karvan gedirdi. Təbii, bu cür böyük karvan xeyli vəsait tələb edirdi. Tarixi salnamələr xəbər verir ki, mansa Musa buna görə də özüylə 12 000 kq-dan çox qızıl götürüb və özünə sıxıntı verməyib.

Hökmdar Saxara səhrasını keçərkən hər gün masasının üstündə bişmiş təzə balıq və tərəvəz olub. Bunu çaparlar gətirirdilər. Həm də Musanın xanımının bütün şıltaqlıqları yerinə yetirilirdi. Niyeriba Konde bir dəfə hovuzda çimmək istəyib. 8700 qul bir anda qumu qazmağa başlayıb, Konde və 500 kənizi səhəri gün tulumlarla su doldurulmuş hovuzda artıq suyu şappıldadırdılar.

Mansa Musanın ziyarəti bir ilə yaxın çəkib. Hökmdar cümə günü keçdiyi hər bir şəhərdə məscid tikməyi əmr edib. Musa yoxsullara qızıl paylayıb, inanılmaz dərəcədə yüksək qiymətə mallar alıb. Bu səbəbdən növbəti on ildə Qahirə, Mədinə və Məkkə kimi böyük şəhərlərdə qızılın devalvasiyası baş verib.

Mansa Musa geri qayıdarkən böyük həcmdə və yüksək faizlə qızıl borc edib. Bu, tarixdə yeganə hadisədir ki, bir nəfər qızılın qiymətini tənzimləyib

Timbuktuda məscid

O zamanlar Mali dövlətinin xəzinəsinin doldurulımasında əsas üsul  qızıl və duz hasilatıydı. Xoşbəxtlikdən, hökmdar təkcə özünün deyil, həm də xalqın rihafının qayğısına qalıb. Mansa Musa öz hakimiyyəti illərində dövləti tərəqqiyə aparıb. Hər yerdə məscidlər, böyük universitet və kitabxanalar inşa olunub. Hökmdar islamı qəbul etməyən və bütpərəstlik allahlarına etiqad edənlərə qarşı dözümlüydü. Dövlətdə sabitliyin az əhəmiyyəti olmayan daha bir səbəbi.

Mansa Musanın idarəçiliyini Mali üçün “qızıl dövr” adlandırırlar.

2012-ci ilin araşdırmalarına görə, mansa Musa Rokfeller və Rotşildi geridə qoymaqla tarixdəki ən varlı 25 nəfər içində birinci yeri tutub. Onun sərvəti 400 milyard dollar dəyərləndirilib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar