Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütöv Azərbaycanda ilk dəfə olaraq prezident seçkiləri keçiriləcək

1993-cü ildə ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdaraq, Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı...

Ağır, tarixi sınaq qarşısında olan xalqımız bu sınaqdan Ümummilli Lider Heydər Əliyevin siyasi-iqtisadi, mədəni və hərbi sahələrdəki zəngin təcrübəsi və müdrikliyi sayəsində uğurla çıxdı. Dövlətçiliyimiz dağılmaqdan xilas edildi. 2003-cü ildə isə İlham Əliyev Prezident seçilərək dahi siyasətçinin siyasətini davam etdirdi. Ötən 20 il ərzində şahid olduq ki, əgər tarix başqa istiqamətdə getsə idi xalqımız, dövlətimiz böyük faciələrlə üzləşə bilərdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi konspektdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, düzgün yol idi...
Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.

Bəli, sentyabr ayının 20-də cəmi 23 saat davam edən antiterror əməliyyatından sonra Azərbaycan öz suverenliyini tam olaraq bərpa etdi. Xankəndidə toplaşan 15 minlik Ermənistan ordusu tərksilah edilərək ərazidən çıxarıldı. Xeyli silah-sursat, hərbi texnika hərbi qənimət kimi götürüldü. Nəhayət ədalət bərpa olundu. Azərbaycan öz gücü və siyasəti ilə öz torpaqlarına sahib çıxdı. Lakin torpaqlarımız Ermənistan tərəfindən işğal ediləndə, meşələrimiz kəsiləndə, evlərimiz yandırılanda, bir milyondan artıq azərbaycanlı öz ev-eşiyindən didərgin salınanda səsi çıxmayan bir sıra ölkələr antiterror əməliyyatından sonra Azərbaycanı ittiham etməyə, təzyiqlər göstərməyə çalışdılar. Lakin Azərbaycanın işi haqq işi idi. Biz öz torpaqlarımızda vuruşurduq. Heç kimin ərazisinə təcavüz etmirdik. Odur ki, bizim Zəfərimiz ədalətli idi.

Prezidentimizin Xankəndidə, Xocavənddə, Xocalıda Azərbaycanın bayrağını ucaltdığını seyr edən hər bir azərbaycanlı sevinc və qürur hissi keçirdi. 30 il həsrətini çəkdiyimiz torpaqlarımız, yurd yerlərimiz nəhayət geri qaytarıldı. Bu, böyük qələbə, böyük iftixar hissi idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha həyacanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi. Qələbəyə hazırlıq ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşların səylərinə baxmayaraq, bu mövzu unudulmadı”.

Azərbaycanın böyük siyasi uğurlarından biri də 2020-ci il noyabr ayının 8-də Üçtərəfli Bəyanatın qəbul edilməsi idi. Şuşanın geri alınması ilə ermənilər özlərini tamamilə məğlub edilmiş hesab etdilər. Özləri haqqında yaratdıqları və özlərini də inandırdıqları mif də öz içlərində darmadağın oldu. Azərbaycanın möhtəşəm Qələbəsindən özləri də, havadarları da sarsıldılar. Odur ki, Azərbaycan tərəfi bu Bəyannaməyə lazım olan şərtləri saldıra bildi. Hətta bu məsələyə aid olmayan şərtlər - xüsusilə də Zəngəzur dəhlizi məsələsi də Bəyannaməyə saldırıldı.

Bu gün artıq sərhədlərimiz öz nəzarətimizdədir. Qarabağa qanunsuz silah-sursat və minaların daşınması mümkün deyil. Lakin indiyədək Azərbaycan tərəfindən humanitar yardıma heç bir əngəl törədilməyib. Burada məskən salmış bəzi separatçılar isə özlərini humanitar yardımdan məhrum etdilər. Onların bəziləri təslim oldular, bəziləri isə qaçmağa cəhd göstərərkən yaxalandılar.

Bütün bunlar Ermənistana və onun havadarlarına bir dərs olmalı idi ki, Azərbaycanla təkəbbürlə və hədə-qorxu ilə danışmaq mümkün deyil. Azərbaycan Prezidenti, Azərbaycan Ordusu, ümumiyyətlə, Azərbaycan xalqı öz tarixi torpaqlarını geri almağa və qorumağa qadirdir.

Antiterror tədbirlərindən sonra Azərbaycan Prezidenti erməni əhalisinə müraciət edərək demişdir ki, onlar Azərbaycan vətəndaşı olaraq Azərbaycan ərazisində bərabərhüquqlu, rahat və təhlükəsiz yaşaya bilərlər. Lakin erməni separatçıları özləri erməni əhalisinin yaşadıqları yerləri təcili tərk etməsini tələb etmişdilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “23 aprel hadisələri çox önəmli bir tarixdir. 23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başladıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik... Yeni Laçın-Xankəndi yolu marşrutunun müəyyən edilməsi, çəkilməsi çox önəmli hadisə idi və 23 aprel hadisələrinin elə bil ki, təməlini qoymuşdu. Çünki biz artıq yeni yol çəkərək Laçın şəhərini özümüzə qaytardıq. Avqustun əvvəlində artıq yol hazır olandan sonra biz Rusiya sülhməramlı qüvvələrinin komandanlığına xəbər göndərmişdik ki, biz avqustun 5-də artıq o yola çıxırıq və Laçını götürürük nəzarətimizə”.

Fransanın rəsmi şəxsləri tərəfindən tez-tez anti-Azərbaycan bəyanatlarının, Parisin BMT Təhlükəsizlik Şurasına təqdim etməyə çalışdığı qətnamələrin, həmçinin Ermənistanı silahlandırmasına dair İlham Əliyev demişdir ki, “Həm 1990-cı illərdə, həm də artıq mənim Azərbaycana rəhbərlik etdiyim dövrdə münasibətlər kifayət qədər normal idi. Son vaxtlara qədər balans zahirən saxlanılırdı. Münasibətlərin gərginləşməsinə gəlincə, bu, artıq İkinci Qarabağ müharibəsi zamanı başladı. Həmin vaxt 44 gün ərzində Fransa Prezidenti həddindən çox mənə zəng edirdi və baş verənlərə öz münasibətini bildirirdi. Hər halda onlar heç nəyə nail ola bilmədilər və müharibə Prezident Makronun və hər hansı başqa şəxsin deyil, Putinin vasitəçiliyi ilə dayandırıldı”.

Artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikinti işləri gedir. Ermənilərin Zabux kəndindən köçdüyü zaman yandırdıqları və eyni zamanda onların orada özləri üçün tikdikləri bütün evlər sökülüb və öz doğma yurdlarına qayıdan yerli əhali üçün yeni müasir evlər tikilib və yaşayış üçün yüksək səviyyədə şərait yaradılıb. Eləcə də digər rayonlarımızda erməni vandallarının dağıtdığı kənd və şəhərlər yenidən – daha gözəl, daha müasir tikilib sakinlərin ixtiyarına verilir.

Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdirilir və burada qlobal işlər görülməkdədir.

Ermənilər indi hər an qorxu içərisindədirlər ki, Azərbaycan Ermənistana hücum edəcək. Lakin demək olar ki, onların bu düşüncələri tamamilə əsassızdır. Bildiyimiz kimi Naxçıvanla Azərbaycanı birləşdirən yol yoxdur. Odur ki, qısa yolla Azərbaycanın əsas hissəsi Naxçıvana birləşdirilməlidir. İran İslam Respublikası ilə artıq razılıq əldə edilib. Hətta körpünün təməlqoyma mərasimi də keçirilib. Ağbənd istiqamətində birinci körpünün inşası başlayıb, ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulub.

Bildiyimiz kimi fevral ayının 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bununla bağlı cənab İlham Əliyev ictimaiyyətə bildirib ki, “Birinci səbəb təbii ki, suverenliyimizin bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır.

İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək.

Əgər biz seçkiləri vaxtında, yəni 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır”.

Şəhla Ağbulud - Abşeron” qəzetinin baş redaktoru

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”    

Ən çox oxunanalar