Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Buster doza koronavirusa qarşı formalaşan immuniteti gücləndirir

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə buster, yəni qüvvətləndirici doza ilə peyvəndlənmək olduqca əhəmiyyətlidir. Bu, xüsusilə yaşlılar və tibb işçiləri üçün çox vacibdir. Həkimlər daim xəstələrlə təmasda olur, xəstə axını ilə qarşılaşırlar. Yəni, onların koronavirusa yoluxma ehtimalı çoxdur. Lakin buster doza ilə peyvəndləmə bu cür təkrari yoluxmaların qarşısını kəskin şəkildə azalda bilər. COVID-19 infeksiyasının risk qrupuna daxil olan hər kəsin vaksinasiyanın üçüncü mərhələsində iştirak etməsi, yəni buster doza vurdurması tövsiyə edilir.

Tibb elmləri doktoru, professor Əlizamin Sadiqov AZƏRTAC-a koronavirus əleyhinə buster doza ilə peyvəndləmənin faydalarından danışıb.

Həkim-pulmonoloq bildirib ki, xroniki xəstəliyi olanlar, tibb işçiləri və yaşı 50-dən yuxarı olan vətəndaşlar buster doza ilə peyvəndlənməyə tələsməlidirlər: "Dünyanın vaksinasiya tarixində bu qədər dəyişkən taktikaların icrası baş tutmayıb, çünki COVID-19 çox dəyişkən mutasiyalara məruz qalır və müxtəlif ştamları mövcuddur. İnfeksiyanın çox qısa zaman ərzində bir deyil, bir neçə variantının yaranmasının şahidi oluruq. Zaman-zaman ən çox epidemiya və ya pandemiya halını alan qrip virusu və digər virus infeksiyalarının heç biri bu cür sürətli mutasiyaya məruz qalmır. Məhz bu səbəblər koronavirusa qarşı buster doza ilə peyvəndləməni şərtləndirir. Nəzərə almaq lazımdır ki, bir nəfərdən digərinə yoluxan COVID-19 virusu getdikcə daha da kəskinləşir. Belə olan halda, vətəndaşların nəinki üçüncü, hətta dördüncü doza ilə vaksinasiyası məsələsi gündəmə gəlir".

Ə.Sadiqovun dediyinə görə, üçüncü doza ilə peyvəndləmə zamanı vaksinin fərqli yan təsirləri müşahidə edilmir: "Əgər orqanizmin birinci və ikinci dozaya heç bir reaksiyası olmayıbsa, üçüncüyə də olmayacaq. Əksinə, koronavirusa qarşı formalaşan immunitet üzərinə əlavə immunitet gələcək. Vaksinasiya tarixində, təkrar peyvənd vurduranlarda xüsusi yan təsirlər qeydə alınmayıb. Vətəndaşların vaksin vurdurmaqdan başqa çıxış yolu yoxdur. Buster doza ilə peyvəndlənmək profilaktik mənada da çox önəmli tədbirdir. İmmun sistemi və onkoloji xəstəliyi olanlar və şəkərli diabet xəstələri xüsusilə diqqətli olmalıdırlar".

pia.az 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

“Baktelecom” qurumdan internet almayanların telefonunu kəsir – Bu nədir, zorbalıq, yoxsa...

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay