Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Budanov: NATO sammiti Ukrayna cəmiyyətinin gözləntilərini doğrultmayacaq...

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov hesab edir ki, Ukrayna cəmiyyətinin NATO-nun Vilnüsdə keçiriləcək sammitindən gözləntiləri qənaətbəxş olmayacaq...

Poliqon xəbər verir ki, Budanov bu qənaətə NATO ölkələrinin liderlərinin çıxışları ilə tanış olduqdan sonra gəlib. Ukrayna hərbi kəşfiyyatının rəhbri bu barədə The Times nəşrinə danışıb.

“Mənim üçün NATO sammitinə yüksək qiymət vermək çox sadə səbəbə görə olduqca çətindir: cəmiyyətimizin gözləntiləri doğrulmayacaq”, deyə Kirill Budanov The Times qəzetinə müsahibəsində deyib. “Əminəm ki, bəzi sözlər deyiləcək, amma bundan başqa heç nə yoxdur. Bundan sonra nələrin müzakirə olunacağına tam əminəm: mən çıxışların layihələrini görmüşəm”, deyə o, əlavə edib.

Oxşar nöqteyi-nəzərdən Ukraynanın NATO-dakı missiyasının rəhbəri Natalya Qalibarenko da bildirib ki, qarşıdan gələn sammitdə alyans ölkələrinin liderlərindən ciddi qərarlar gözləməyə dəyməz.

Buna baxmayaraq Estoniyanın Baş naziri və NATO-nun Baş katibi Ukraynanın bloka üzv olması ilə bağlı “sürpriz” vəd ediblər. Eyni zamanda, Litva prezidenti Gitanas Nauseda Ukraynanın qarşıdan gələn sammitdə NATO-ya üzv olmaq üçün dəvət almayacağını bildirib.

Xatırladaq ki, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ən çox oxunanalar