Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şəxslərə icazə belə veriləcək

"Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 3 iyul 2020-ci il tarixli 236 saylı qərarına əsasən, artıq kənd təsərrüfatı məhsullarının becərilməsi üçün digər zonalarda sahələri olan şəxslərin Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının arayışı ilə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlardan çıxışına və bu şəhər və rayonlara girişinə icazə verilmir".

Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, qərara əsasən, kimsə fermer təsərrüfatı ilə məşğul olursa, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları, yaxud yerli icra hakimiyyəti orqanının ərazi nümayəndəlikləri tərəfindən elektron imzadan istifadə edilməklə həmin şəxslər haqqında məlumatlar “icaze.e-gov.az” portalına yerləşdirilməlidir. Həmin şəxslər də öz fəaliyyətləri ilə məşğul ola biləcəklər: "Məsələn, şəxs Bakıda yaşayır, Sabirabadda torpaq sahəsi var və fermer fəaliyyəti ilə məşğuldursa, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumu tərəfindən həmin şəxsin adı məlumatlar “icaze.e-gov.az” portalına yerləşdirilməlidir. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu rayonlarda yaşayan belə şəxslər barədə də məlumatlar yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən “icaze.e-gov.az” portalına yerləşdirilməlidir. Ərazi nümayəndəlikləri də yaxşı bilirlər ki, yerlərdə kimlər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olurlar”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunub.

pia.az


Etiket: icazə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar