Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu qədər eşşəklə işimiz çətindir” - Ölkəni qarışdıran sözlər

Türkiyənin məşhur "Xəbər Türk" qəzetinin yazarı Fatih Altaylı insanların koronavirusa ciddi yanaşmaması və verilən tövsiyələrə əməl etməməsi ilə bağlı məqalə yazıb...

PİA.az xəbər verir ki, o, məqaləsində qızı və həyat yoldaşı ilə birgə evdə olduğunu, çölə çıxmağın həyat üçün təhülkə yaratdığını qeyd edib. Lakin onun yazısı heç də birmənalı qarşılanmayıb.

"Koronavirus qarşısında bu qədər eşşəklə işimiz çətindir", yazan jurnalist sərt tənqid edilib. Bundan sonra o məsələ ilə bağlı cəmiyyətdə daha bir qıcıq yaradan açıqlama verib: "Dünən bir yazı yazdım. Hamı məni tənqid etdi. Bildirdilər ki, təhqir edə bilmərsən. Yazıda qeyd etmişdim ki, koronavirus qarşısında bu qədər eşşəklə işimiz çətindir. Əvvəlcə çox əhəmiyyət vermədim və açıq şəkildə deməliyəmsə, reaksiyaları doğru hesab etmədim. Ancaq gün irəlilədikcə xəbərlər gəlməyə başladı. Boğaz yenidən insanlarla doludur. İnsanlar yenidən özlərini küçələrə atıblar. Kadıköy çimərliyi dolub-daşır. İzmir və Antaliyadakı vəziyyət də fərqli deyildi. Sonra reaksiya verən oxucuların dediklərini düşündüm. Bəli, mən günahkar idim. Bu böyük bir ayıbdır. Yazdıqlarıma görə bütün eşşəklərdən üzr istəyirəm. Çünki heç eşşəklər o qədərini etmir. Bir çəmənlikdə otlayan eşşəyə orada daim elektrik verilsə, problemləri anlayıb bir daha o çəmənliyə getməyəcək. Lakin bizim insanlar üçün bunların əhəmiyyəti yoxdur".

Qeyd edək ki, Türkiyədə koronavirus pandemiyasına yoluxanların sayı 950-ni keçib. 29 nəfər isə virusun qurbanı olub. (Yenisabah.az)

pia.az


Etiket: koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar