Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu qanunu pozan məmurlar cəzalandırılacaq – Prezident təqdimat verdi

Azərbaycanda vəzifəsini icra etməyən, ictimai işlər və inzibati tənbeh növündə cəzaların icrasına məsuliyyət daşıyan vəzifəli şəxslər barəsində cəza müəyyənləşdirilir


Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 528-1 (İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməsi) maddəsinin əlavə edilməsi təklif olunur.

Layihəyə görə, ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısı, həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manata qədər cərimə ediləcək.

İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icra edildiyi yerdə işəgötürən tərəfindən şəxs üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edilməməsinə, yaxud işlədiyi saatların uçotunun aparılmamasına, düzgün aparılmamasına, şəxsin ictimai işlərin yerinə yetirməli olduğu vaxtların cədvəlinin tərtib edilməməsinə və ya bu cədvəlin icra məmuruna vaxtında göndərilməməsinə, habelə ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna dərhal məlumat verilməməsinə görə vəzifəli şəxslər 600 manatdan 800 manata qədər cərimə ediləcək.

İcra məmuru tərəfindən ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 600 manata qədər cərimə ediləcək.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar