Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu işi uzatmaq üçün gərək siyasi fahişə olasan” - Yazıçı Qarabağdan danışdı

“Əlbəttə, mən əvvəl gündən demişdim ki, Qarabağ haqqında ən gözəl əsəri Ali Baş Komandan yazacaq. Düzdü, mənim fikirlərimlə razılaşmayanlar da oldu, amma bu günki proseslər onu göstərdi ki, doğrudan da mən deyən kimiymiş”.

Bunu yazıçı Seyran Səxavət deyib. Yazıçı buna görə ATƏT-in Minsk Qrupunu daim tənqid etdiyini, hətta onlara şeir də yazdığını bildirib:

“Əlbəttə, mən əvvəl gündən demişdim ki, Qarabağ haqqında ən gözəl əsəri Ali Baş Komandan yazacaq. Düzdü, mənim fikirlərimlə razılaşmayanlar da oldu, amma bu günki proseslər onu göstərdi ki, doğrudan da mən deyən kimiymiş. Ölkə başçısı ATƏT-in Minsk Qrupuna dedi ki, siz 27 ildə Qarabağ probleminin həlliylə bağlı heç bir iş görmədiniz. Onlar da deyir ki, anlaşılmazlıq olub. Ona görə mən bunları “ATƏT-in Minsk Qripi” adlandırırdım. Adama deyərlər 27 il anlaşılmazlıq olur? Tarixdə heç vaxt belə şey olmayıb, bu anlaşılmazlıq deyil. Bu bilərəkdən yeridilən siyasətdir, münasibətdir və bizim Ali Baş Komandanımız da çox haqlı olaraq onları danladı. Onda mən evdə televizora baxırdım və ölkə başçısı ATƏT-in Minsk Qrupuna necə bu sözləri dedisə, yumruğumu qaldırıb stolun üstünə vurub qışqırdım. Uşaqlar dedi ki, ata, nə olub? Dedim bala, ayrı şey olub, sizlik deyil. Mənim ATƏT-in Minsk Qrupu adlı şeirim də var və bu on il öncə yazılıb.

Bu saat bizim ATƏT-in Minsk Qrupu da, BMT-miz də, Avropa Şuramız da İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqıdır, sənsən, mənəm, bizik. Bütün bunların hamısını gördük. 27 il həyasızcasına bu işi uzatmaq üçün gərək siyasi fahişə olasan. Siyasi fahişələr 27 ildir ki, bizə deyir ki, anlaşılmazlıq olub. Əgər 27 il anlaşılmazlıq olubsa, onda sən və sənin təbliğ etdiyin təşkilat da dünyanın ən əbləhanə bir təşkilatıdır, əgər ona təşkilat demək olarsa. Bundan o yana heç nə yoxdur”. (Moderator)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

MN-dəki 143 milyonluq mənimsəmə: “Tapşırıqları Nəcməddin Sadıkovdan alırdıq”

Ən çox oxunanalar