Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu hadisə harın, qudurmuş insanlara, məmur və deputatlara dərs olacaq! 

Cavanşir Feyziyev Azərbaycanın 18 tanınmış jurnalistini təhqir etdi. Onlardan biri olan Eynulla Fətullayev yazır: ''Deputat Eldəniz Səlimov bir polisi təhqir etdi və həbs edildi. Deputat Cavanşir Feyziyev 18 jurnalisti təhqir edib. Yəni bu məmləkətdə bizim polis çavuşu qədər də hörmətimiz olmadı?!!! Yoxdursa, deyin bilək!''...

Midea_inpageHaqlı və doğru mövqe, doğru sorğudur. 

Lakin mən bir məsələdə əminəm - bu məsələdə Dövlət, Prezident jurnalistlərin yanında olacaq! Cavanşir Feyziyev bu yaramaz əməlinə görə cəzalandırılacaq. Bizə öz içimizdən xəyanət edənlərəsə özümüz lazım olan cəzanı verəcəyik. Onları iqnor etməklə, aramıza buraxmamaqla, dışlamaqla. Manatın oğlusansa, Medianın oğlu ola bilməzsən! 

Bizim üçün narahat olan, gün ərzində bir neçə dəfə zəng edib, bu vəziyyətdə olan mediamıza dəstək verən yüksək dövlət rəhbərliyinə təşəkkür edirəm! "Biz öz jurnalistlərimizi əzdirmərik və sahibsiz buraxmarıq" deyən üstdüzey rəhbərlikdəki vicdanlı dostlarımız var olsunlar. Əminəm ki, bu həm də cənab Prezidentin mövqeyidir və onun obyektibliyindən doğur! 

Mediamızın möhtəşəm simaları- redaktorlara təşəkkür edirəm! Bizim və özlərinin haqları, heysiyyat və şərəfləri üçün şir kimi döyüşən və Cavanşirkimilərin ağzını cıran, onun yazdığı böhtan və təhqirlərə cavabları usta qələmlə, usta ifadələrlə ictimaiyyətə çatdırıb, ölkənin bir saylı hadisəsi statusuna yüksəldən Eynulla Fətullayevə, Əvəz Zeynallıya, Xalid Kazımlıya, Sevinc Telmanqızına, Ləman Ələşrəfqızına, Zaur Qəriboğluna, Bahəddin Həziyevə, Ələsgər Məmmədliyə, Elxan Şükürlüyə, Elçin Zahiroğluna, Elnur Məhərrəmliyə, Samir Feyruzova, ictimai-siyasi xadimlərdən Pənah Hüseynə, Tural Abbaslıya, Şahin Nəcəfova, Arzuman Abdulkərimova, yanımızda olan, mövqe bildirən hər kəsə minnətdaram. Gün ərzində onlarla telefon zəngi, mesajlar almışam. Dediyim kimi, üst düzey dövlət yetkililərindən, siyasi xadimlərdən, redaktor həmkarlarımdan. Onlara da səmimi, içdəngələn şükran və minnədarlıqlarımı çatdırıram. 

Mübarizəmiz, heysiyyat və şərəfimizi qorumağımız istiqamətində mücadiləmiz davam edəcək. Sabah Yeni Müsavat Media Qrupunda bir toplantımız var. Orada da müraciət və fəaliyyət proqramı qəbul ediləcək. Çox şükür, tək deyilik, Dövlət Baba da, onu yönəldənlər də haqlının -  jurnalistlərin yanındadır. Bu arada, parlamentin spikerinə də, xaricdə olmasına baxmayraq, mövzunu davamlı izlədiyinə və obyektiv mövqeyinə görə təşəkkür edirəm! 

Bu hadisə Cavanşir Feyziyev kimi harın, qudurmuş və qafil insanlara, məmur və deputatlara dərs olacaq! 

Bütün jurnalistləri cibinizdə daşıdığınız sayt rəhbərləri kimi bilməyin. 

Anlayacaqsınız -  anladacağıq!

Rauf Arifoğlu,
"Yeni Müsavat" Media Qrupunun rəhbəri

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

Bu qan qrupundan olan insanlar daha çox yaşayırlar

Əfsanəvi futbolçu Yohan Neeskens dünyasını dəyişib

Afət Fərmanqızının oğlunun toyundan görüntülər

İrandan İsrailə: Müttəfiqlərinə de, tabut göndərsinlər!

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay