Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz sizə nələr vəd edir

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik...

 

Qoç - mövqeyinizi aydınlatmaq, planlarınızdan bəhs etmək, nəyə can atdığınızı demək üçün əlverişli zamandır. Fəqət durumun mənzərəsini tam göstərmək üçün hansısa detal çatışmayacaq. Gələcəklə bağlı planlarda yeni impuls olsa da, yeni işə başlamağa tələsməyin. Götür-qoy edin, təhlilə varın.

Buğa - işlərə münasibətlərdə retro-mərhələ başlanır. Planlar dəyişəcək. Vədlər və öhdəlikləri xatırladacaqlar: onlardan yayınmaq çox çətindir. Dostlar qəfil təkliflə sizə üz tutacaqlar. Kimisə və ya nəyisə arayaraq internetdə, sosial şəbəkələrdə gərəkdiyindən artıq vaxt keçirməyin. İndiyədək aradığınızı bu gün tapacaqsınız.

Əkizlər - nevrozlu gün osla da, hadisələrə intellektual yanaşma yaxşı nəticə verə bilər. Münasibətlər möhkəm deyilsə, görüşü təxirə salmaq və ya ümumiyyətlə, ləğv etmək gərəkdir. Alış-verişdə spontan xərclər etməyin. Soyuqqanlı davranın.

Xərçəng - dəyişikliklərə hazırsınızsa, uğurlu gündür. Uzaqdan alınan informasiyaya diqqət yetirin. İşlərin istiqamətini optimallaşdırmaq, əməkdaşlığı genişləndirmək üçün gərəkli ola biləcək nişanələrlə işarələrə fikir verin. Əlavə, qəfil yük, iş istisna deyil. Yeni sifariş və ya gəlir mənbəyi formalaşır.

Şir - yaxın ətrafınızdakı insanlarla təmaslarda kiçik məsələyə görə emosional davranmayın. Belə davranışın nəticələri pis ola bilər. Emosiyalarınızı nəzarətdə saxlayın, düşünülməmiş addım atmayın. İşdə hansısa dəyişiklik edəcəyiniz istisna deyil. Ailə üzvlərindən birinin problemini həll edin.

Qız - ümumi fəaliyyət, maraq və ya problem çərçivəsində sıx əməkdaşlığa üstünlük verin. Günün ikinci yarısında mühüm iş görmək istəyirsinizsə, eyni vaxtda bir neçə istiqamətdə irəliləməyə başlamayın. Gərəksiz nevroz vəziyyət sizi kobud səhvlərə sürükləyə bilər. Axşam saatlarında istirahət edin. Təmasları bərpa edin, qarşılıqlı yardımlaşmanı unutmayın.

Tərəzi - şərtlər və ya ətrafınızdakı insanlar sizi seçimə vadar edə bilərlər. Həmin seçim, bəlkə də, indi yersizdir, sizə gərək deyil. Düşünün, perspektivlərinizi təhlil edin. Zərərli və təhlükəli oyundan çıxmağa çalışın. Sizi intriqaya salmağa, istəmədiyiniz işdə iştiraka cəlb etməyə çalışırlar.

Əqrəb - səhər saatlarından başlayaraq cəld və sayıq hərəkətlər tələb edən gündür. Yeni məqsədə, plana və layihəyə meyllənmək ağır deyil. Unutmağa çalışdığınız dəyər və ya münasibət gündəmə gələcək. Qohumlar, dostlar və yaxınlarla münasibətlərin dərinləşdirilməsi üçün əlverişli gündür.

Oxatan - Günün ikinci yarısında genişmiqyaslı işə başlamayın. Cari işləri tamamlayın, yeni layihəyə hazırlıq tədbirləri görün. Elektron yazışmalarda nizam yaradın.

Oğlaq - Çətin gündür. Səhər saatlarından etibarən gərginlik artır, işlər çətinləşir. Problemlərin partlayış yaratmasına imkan verməyin. Emosiyalar məntiqin səsini üstələməsin, sizi gərəksiz və zərərli işlərə vadar etməsin. Ən çətin situasiyalarda 10-a qədər sayın. Hansısa işdə ləngimə var. Bir qədər qətiyyət, inad həmin problemin həllinə yetər.

Dolça - Diqqətli olun, risk etməyin. Eqoist və təşəxxüslü olmayın. Təhlükəsizliyin təminatı ilə bağlı bütün məsələlərdə ehtiyatlı davranın. Arzu edin, ideyalar düşünün, faydalı əlaqələrin çevrəsini genişləndirin. Bütün bunlar karınıza gələ bilər. İfrat etiraflara varmayın, ətrafınızdakı insanlara təzyiq etməyin. Şərtlər sizi münasib olmayan rolu oynamağa vadar edə bilər.

Balıqlar - planlarda yenilənmələrə, tərəfdaşla mübahisəyə və yaxınlarınızın nazını çəkməyə hazırlaşın. Hər şeyi bildiyiniz kimi etsəniz, çətin gündür. Müzakirə, məsləhətləşmə, problemin müxtəlif mövqelərdən təhlili və alternativ həllərə ehtiyac var. İşdəki avadanlıq və ya evdəki məişət texnikasında nasazlıq yarana bilər. (Milli.Az)

pia.az

 


Etiket: ulduz falı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Ən çox oxunanalar