Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün 7 rayonda qaz kəsiləcək

Bu gün Samux, Qazax, Ağdaş, Zaqatala, Füzuli, Yardımlı rayonlarının və Bakının Sabunçu rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq...

Bu barədə Poliqon Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar avqustun 31-də saat 09:00-dan “Alabaşlı” Qaz Paylayıcı Stansiyadan (QPS) qidalanan qaz kəməri üzərində, “Ağköynək” AQPS-in ərazisində, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “Şəmsabad” QPS-in ərazisində yerləşən istismara yararsız siyirtmələrin yenisi ilə əvəzlənməsi, saat 09:00-dan “Əliabad” və saat 10:00-dan “Füzuli-Horadiz” ölçü qovşaqlarından qidalanan qaz kəmərlərinin kipliyə sınaq olunması, saat 10:00-dan "Azəriqaz" İB TTİ tərəfindən Sabunçu rayonu ərazisində qaz xəttinin dayaqlar üzərinə qaldırılması, eləcə də saat 11:00-dan "Qaz İxrac” İdarəsi tərəfindən “Yardımlı” QPS-də görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Samux, Qazax, Ağdaş, Zaqatala, Füzuli rayonlarının bir hissəsinin, Yardımlı rayonunun tam olaraq və Sabunçu rayonunun Bilgəh qəsəbəsinin Albalılıq massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Poliqon.info


Etiket: qaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar