Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu da Avropa İttifaqının obyektivliyi... - Ermənistana göndərilən missiyanın tərkibində ermənilər də var...

Sergey Markov Ermənistanda fəaliyyətə başlayan Avropa Missiyanın heyətinə erməniəsillilərin daxil edilməsi məsələsinə fikir bildirib...

Siyasi-şərhçi: “Ermənilərin də müşahidəçilərin tərkibində olması əslində Avropa Missiyasının rəylərinin şəffaflığını şübhə altına salacaq”.

“Həmin missiyada ermənilərin də olması, qərəzli rəylərin çoxalmasına şərait yarada bilər və bu da göstərir ki, əslində Avropa Birliyi sülh vasitəçiliyində heç də səmimi deyil”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Avropa Missiyanın heyətinə erməniəsillilərin daxil edilməsi məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiyalı politoloq Sergey Markov deyib ki, Ermənistanda fəaliyyətə başlayan Avropa Missiyanın heyətinə erməniəsillilərin daxil edilməsi gələcəkdə ədalətsizliyi ortaya qoyacaq.

Azərbycan-Ermənistan sərhədində müşadidə aparan missiyada ermənilərin də təmsil olunması ümumilikdə Aİ-nin Cənubi Qafqaz siyasətində hansı yanaşmadan xəbər verir?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Rəsmi Bakı bu missiyanın da verəcəyi heç bir rəyi tanımır, tanımayacaq da. Ona görə də Makron istəsə, bu missiyanı ümumiyyətlə, ermənilərdən təşkil edə bilər”.

Bütün bu deyilənlər Markovun şəxsi fikri olduğunu vurğulayan siyasi-şərhçi bildirib ki, onun fikirləri heç bir rəsmi statusa malik deyil:

Avropa missiyası Ermənistan-Azərbaycan sərhədinə gəldiyi gündən Rusiya İrəvana bununla bağlı ciddi xəbərdarlıqlar verməkdədir. Rusiya Qərbin Cənubi Qafqazda güclənməsini qətiyyən istəmir. Qərbin bu regionda güclənməsi, Rusiyanın zəifləməsi anlamına gəlir.

Amma fikrimcə, bütün bu deyilənlər Markovun şəxsi fikridir və missiyanın tərkibində erməniəlillilərin də olması ilə bağlı heç bir başqa mənbədə məlumata rast gəlinməyib. Lakin keçmişin təcrübələrinə, həm Rusiyanın, həm də Avropanın əvvələr yürütdüyü ikiüzlü siyasətə nəzər salarsaq, missiyanın tərkibində ermənilərin olmasını istisna etmək olmaz və çox böyük ehtimalla missiyada ermənilər də təmsil olunur. Ancaq fakt olan odur ki, həmən missiya artıq Ermənistanda fəaliyyət göstərməkdədir. Makrovun söylədikləri həqiqətdirsə, o zaman missiyanın obyektivliyi birbaşa şübhə altına düşür.

Kamran Məmmədli: “Əslində həmin missiyanın Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi sülhün qorunmasına deyil, Azərbaycan əleyhinə informasiya müharibəsində təsirli rupor əldə edilməsinə xidmət edir”.

Hesab edirəm ki, əgər belə bir hal baş verərsə, bu Avropa Missiyasının rəylərinin obyektivliyini şübhə altına salacaq və missiyanı üzərinə ciddi kölgə salacaq. Ona görə misisyada ermənilərin olması ilə bağlı tutarlı sübutlar əldə olunmalıdır ki, bu missiya uğursuz olsun və Makronun da əli boşda qalsın. Biz onsuz da 44-günlük müharibə zamanı Makronun və Avropanın digər liderlərinin qərəzli mövqelərinə şahidlik etmişik. Həmin missiyada ermənilərin də olması, qərəzli rəylərin çoxalmasına şərait yarada bilər və bu da göstərir ki, əslində Avropa Birliyi sülh vasitəçiliyində heç də səmimi deyil. Əslində həmin missiyanın Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi sülhün qorunmasına deyil, Azərbaycan əleyhinə informasiya müharibəsində təsirli rupor əldə edilməsinə xidmət edir. Ermənilərin də bu missiyanın tərkibində olması bunu bir daha sübut edir.

Amma bütün halalarda bu Azərbaycanın problemi deyil, çünki rəsmi Bakı missiyanın Ermənistanda fəaliyyətinə razılıq verməyib və bu missiyanın da verəcəyi heç bir rəyi tanımır, tanımayacaq da. Ona görə də Makron istəsə, bu missiyanı ümumiyyətlə, ermənilərdən təşkil edə bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar