Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu cür bayramlarımızı Şuşada, Xankəndində keçirəcəyik”


“Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamı tarixi bir hadisədir”


Bunu Lent.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

E. Həsənli deyib ki, haqlı olaraq prezident İlham Əliyev Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib: “Babalarımız 100 il əvvəl Şərqdə il Xalq Cümhuriyyəti qurub, bayrağımız, gerbimiz qəbul edilib, bir çox Avropa ölkələrindən əvvəl Azərbaycanda qadınlara səsvermə hüquq verilib. Eyni zamanda Bakı Dövlət Universiteti, Azərbaycan ordusu yaradılıb. Prezident İlham Əliyev təşəbbüsü ilə Bakda Bayraq Meydanının tikilməsi,  9 noyabrın Bayraq Günü elan edilməsi təsadüfi deyildi. O da heç də təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev ordumuzun 1998-ci il mayın 22-də verdiyi ordumuzun 80 illiyi ilə bağlı fərman verib. Ulu öndər Milli Ordumuzu da Xalq Cümhuriyyəti Ordusunun varisi elan etmişdi.  Azərbaycan Silahlı Qüvvələri Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin varisidir. Bu il də ordumuzun 100 illiyi tamam olur və dövlət başçısı 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında tarixi bir sərəncam imzalayıb”.

E. Həsənli bildirib ki, Milli Məclis də Xalq Cümhuriyyəti parlamentinin varisidir və bu il parlamentin də 100 illiyi olacaq: “Tarixi hadisələr çoxdur. Ən əsası bu il biz Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik və bütün dünyaya göstərəcəyik ki, Azərbaycan xalqı nə qədər demokratik, hüquq və qanunun aliliyinə önəm verən xalqdır. Eyni zamanda Azərbaycan xalqının nə qədər istedadlı xalq olduğunu dünyaya nümayiş etdirəcəyik. Şərqdə ilk operanı bizim babalarımız yaradıb. Biz bu tariximizlə qürur duymaılyıq. Eyni zamanda bu il Bakının işğaldan azad edilməsinin 100 illiyidir. Ulu öndər 1990-cı ildə Süleyman Dəmirəllə birlikdə Şəhidlər Xiyabanında türk əsgərlərinə abidənin açılışını etdi, Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalandı. Azərbaycan və Osmanlı ordusu birgə Bakını erməni-rus bolşeviklərdən azad ediblər. Biz bu il bu tarixi hadisənin də 100 illiyini qeyd edəcəyik”.

E. Həsənli vurğulayıb ki, bütün bunlar Azərbaycan xalqının mübariz və istedadlı xalq olduğunu göstərir: “Biz Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının bu sərəncamını Azərbaycan gəncliyi, ehtiyatda olan hərbçilər olaraq çox yüksək qiymətləndiririk və bunu dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsi yolunda atılmış bir addım hesab edirik. 2016-cı il aprel hadisələri, Cocuq Mərcanlıya qayıdış, keçən il ordu quruculuğunda əldə edilən nailiyyətlər, keçirilən birgə təlimlər, Silahlı Qüvvələrin güclənməsi, ayrı-ayrı qoşun növlərinin inkişaf etməsi, prezidentin ən müasir silahların alınması barədə anons verməsini də qeyd etmək istəyirəm. Azərbaycanın öz ordusunu, dövlətini gücləndirərək inşallah, torpaqlarımızı işğaldan azad edəcəyik və bu cür bayramlarımızı Şuşada, Xankəndində keçirəcəyik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar