Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu açıqlamadan sonra Səfər Mehdiyev istefaya göndəriliməli idi”

“Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilməsi çox aktual məsələdir”

PİA.AZ bildirir ki, bu sözləri “Yeni Sabah”a iqtisadçı alim Nazim Bəydəmirli son vaxtlar Dövlət Gömrük Komitəsinin (DGK) Vergilər Nazirliyinə birləşdirilməsi barədə gedən müzakirələrə münasibət bildirərkən deyib.

Ekspertlər hesab edir ki, bu addım gömrükdəki neqativ halların azalmasına səbəb ola bilər. Nazim Bəydəmirli də bu mövqeni bölüşənlər sırasındadır. Onun sözlərinə görə, DGK qarşısına qoyulan vəzifəni yerinə yetirə bilmir.

“Dünya təcrübəsində gömrük xidmətinin mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərmir. Ən azı bu xidmət, prosedur orqanıdır. Hesab edirəm ki, Azərbaycanda da belə olmalıdır.

Bəzən gömrük komitəsinin ləğvi yanlış anlaşılır. Əslində, isə burada söhbət gömrük orqanının səlahiyyətlərinin dəqiqləşdirilməsindən gedir.

Gömrük orqanının vəzifəsi iqtisadiyyatı stimullaşdırmaq, iqtisadi təhlükəsizliyi qorumaqdır. Təəssüf ki, Dövlət Gömrük Komitəsi bu funksiyanı yerinə yetirə bilmir. Uzun illərdir ki, ictimaiyyətdə gömrük komitəsində tayfbazlığın, regionçuluğun hökm sürdüyü barədə rəy var. Bu da əsassız deyil. Hətta xarici ölkə vətəndaşları belə orada neqativ hallarla üzləşdiklərini gizlətmirlər”, - deyə iqtisadçı alim əlavə edib.

Nazim Bəydəmirli bildirib ki, bu gün DGK həm də inhisarçılığı qorumaqla məşğuldur: “Bu daxili istehsalı qorumaq adı altında edilir. Müxtəlif üsullarla sahibkarlar sıxışdırılır. Məsələn, bir müddət əvvəl komitənin sədri demişdi ki, İrandan gətirilən armatura rüsum tətbiq edərkən “Baku Steel Company” ilə məsləhətləşib. Onlara deyib ki, sizə hansı qiymət sərf edirsə həmin məbləği tətbiq edək.

Bu açıqlamadan sonra komitənin rəhbəri istefaya göndəriliməli idi. Çünki o dövlət məmuru kimi antiinhisar qanunverucliyinə zidd olaraq monopoliyaya dəstək verir”.

DGK-nin Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməsinin nə dərəcədə doğru olmasına gəlincə, iqtisadçi alim deyib: “Gömrük orqanlarının topladığı vəsaitin strukturuna diqqət edəndə aydın olur ki, bu vəsaitlərin 65-70 fazini əlavə dəyər vergisi təşkil edir. Yəni bir növ vergi orqanının funksiyasını yerinə yetirir. Ona görə də hesab edirəm ki, bu qurum Vergilər Nazirliyinin tərkibində xidmət kimi fəaliyyət göstərməsi mümkündür.

Dünya ölkələrinin əksəriyyətində belədir. Hesab edirəm ki, bu ən böyük islahat olardı”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar